09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Q.Paşayeva Türk Dünyasından gəlmiş sənətçi, ziyalılar və təşkilat rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

08 Aprel 2019, 10:42
Cəmiyyət
A A
Q.Paşayeva Türk Dünyasından gəlmiş sənətçi, ziyalılar və təşkilat rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Türkiyədən və Cənubi Azərbaycandan (İran) tanınmış şair, yazar, sənətçilər və təşkilat rəhbərləri ilə görüşüb, Qarabağ həqiqətlərindən danışıb.  Millət vəkili Qənirə Paşayevanın və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırovanın dəvətilə ölkəmizə səfər edən Türkiyədə və Orta Asiyada Əhməd Yəsəvi irsinin təbliğində fəal rol oynayan Əhməd Yəsəvi Dərnəyinin rəhbəri Fatma Sönməz, Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan, Türkiyənin tanınmış jurnalisti Nurcan Sabur ,Türkiyənin tanınmış sənətçiləri –,qardaş Türkiyədə Azərbaycan musiqisinin təbliğində böyük rol oynayan Nursaç Doğanişık, Bora Gencer, Pinar Eliçer və “Ah Qarabağ” əsərinin müəllifi Hilal Başkal, Təbrizdən tanınmış sənətçi İbrahim Əlizadə, Təbrizdən tanınmış şair Çalğın Məhəmməd, Antalyada keçirilən beynəlxalq moda günlərində öz dəfiləsini “Biz evimizə – Qarabağımıza qayıtmaq istəyirik” şüarı altında keçirən və dəfilə boyunca Qarabağ həqiqətləri, Xocalı soyqırımı həqiqətlərini tədbir iştirakçılarının diqqətinə təsirli yollarla çatdıran Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpur ilə görüşüb. Qonaqların əksəriyyətinin ölkəmizə ilk dəfə səfər etdiklərini deyən millət vəkili Q.Paşayeva Vətəninizə xoş gəlmisiniz deyib, Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir deyib. “İlk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq” deyən millət vəkili “bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan, Xocalı soqrımı, Qarabağ həqiqətləri barədə geniş məlumat verən millət vəkili Q.Paşayeva ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında mədəniyyətimizə vurduğu ziyanlardan da danışıb. Azərbaycana ilk dəfə səfər etməkdən məmnuniyyət duyduğunu deyən Əhməd Yəsəvi Dərnəyinin rəhbəri F.Sönmez rəhbərlik etdiyi təşkilatın Azərbaycanda ortaq layihələr həyata keçirməkdə maraqlı olduğunu deyib və millət vəkili Q.Paşayevaya Türk dünyasının birliyi istiqamətində gördüyü işlərə görə mükafat təqdim edib. Mükafata görə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bundan sonra də fəaliyyətini davam etdirəcəyini söylədi və Əhməd Yəsəvi Dərnəyi ilə   Azərbaycan arasında ortaq layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinanın ölkəmizə ilk dəfə səfər etdiyini bildirən millət vəkili Q.Paşayeva gələcəkdə Azərbaycan, Qarabağ həqiqətləri ilə yazılar, əsərlərin yazılacağına inandığını deyib. Azərbaycana ilk səfərində ön cəhbəyə getdiyini və qayıtdıqdan sonra aldığı təəssüratlarını “Ah Qarabağ” əsərində ifadə etməyə çalışdığını deyən Türkiyənin tanınmış sənətçisi Hilal Başkal bu dəfəki səfərindən sonra yeni əsər yazacağını bildirdi. Qonaqların əksəriyyətinin Azərbaycanda ilk dəfə olduğunu qeyd edən millət vəkili Q.Paşayeva inanırıq ki, səfər yaddaşınızda dərin iz qoyub və sizi yenidən ölkəmizdə görməyə çox şad olarıq deyib. Millət vəkili Q.Paşayeva qonaqların bundan sonra Azərbaycanın tanıdılmaslnda, Qarabağ həqiqətlərinin yayılmasında daha fəal rol oynayacaqlarına inandığını bildirib və onlara Azərbaycan, Azərbaycanın mədəniyyəti ilə bağlı materiallar və hədiyyələr təqdim edib.

Əvvəlki yazı

İŞİD öldürülmüş rusiyalı hərbçilərin görüntüsünü yaydı –Moskva münasibət bildirməyib

Sonrakı yazı

Şagirdi intihar edən məktəb direktorunun şok səs yazısı yayıldı

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.