07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

04 İyun 2018, 18:24
Cəmiyyət
A A
Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı Tovuz rayonunda uşaqlar üçün böyük tədbir keçirilib. 

Reportyor.info xəbər verir ki, Olimpiya Mərkəzində keçirilən tədbirdə onlar üçün konsert proqramı da təşkil edilib. Tədbirin açılış mərasimində çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə uşaqların sağlam və xoşbəxt böyümələri üçün hər cür şəraitin yaradıldığını, onların layiqli vətəndaş kimi yetişmələrinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Cənab Zeynalov bayram günündə tovuzlu uşaqlar üçün bu cür maraqlı proqram həyata keçirdikləri üçün “Mətanət A” şirkətinə təşəkkür edib. Millət vəkili Qənirə Paşayeva isə çıxışında diqqəti Tovuz rayonunun işğalçı Ermənistan Respublikası ilə həmsərhəd ərazidə yerləşməsinə və bu rayonda böyüyən uşaqların zaman-zaman erməni təxribatları nəticəsində mənəvi-psixoloji travmalar almasına yönəldib. Onun sözlərinə görə, təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqların qayğı və diqqətə daha çox ehtiyacları var. Bu baxımdan o, bu kimi tədbirlərin böyük önəm daşıdığını bildirib. Uşaqları təbrik edən millət vəkili onlara sağlamlıq, xoşbəxtlik və bütün arzularına çatmalarını diləyib. Millət vəkili daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb, vətənpərvər olmağı diləyib. Valideynləri isə uşaqların təhsilinə, mütaliəsinə daha çox diqqət ayırmağa çağırıb. Çıxışının sonunda millət vəkili gələn il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bu gözəl balalarla birlikdə Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Millət vəkili Ülviyyə Ağayeva çıxışında uşaqları təbrik edib və bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. “Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru Yelena Eyvazlı isə bildirib ki, təmsil etdiyi şirkət 18 illik fəaliyyəti dövründə sosial layihələrə daim böyük önəm verib.“Mətanət A”-nın missiyasının Azərbaycan xalqına, Vətənin övladlarına xidmət etmək olduğunu vurğulayan şirkət rəsmisi bu konsert proqramını təşkil etməkdə məqsədin də uşaqları sevindirmək olduğunu bildirib. Konsert proqramında Tovuzun şəhər və kəndlərinin uşaq baxçaları və körpələr evlərində tərbiyə alan uşaqlar çıxış ediblər. Balacalar müxtəlif mahnı və rəqslər ifa etməklə bayramı rövnəqləndiriblər. Tədbir çərçivəsində uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr təqdim edilib. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində məktəblərdə, bağçalarda fəaliyyət göstərən özfəaliyyət dərnək qruplarının üzvləri, istedadlı gənclərlə, gənc idmançılarla görüşüb, söhbət edib, qayğıları ilə maraqlanıb, hər zaman yanınızdayıq deyib.

Əvvəlki yazı

15 rayonun inzibati ərazi vahidlərinin, kəndlərinin adları dəyişdirilir – SİYAHI

Sonrakı yazı

Əflatun Amaşovdan Rusiya XİN-ə etiraz – “Hiddət doğurur…”

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.