16-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib

07 Avqust 2019, 13:46
Uncategorized
A A
Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib

Tatarıstan Dövlət Şurasının komitə sədri, Xalq şairi R.Vəliyev Azərbaycanın tanınmış KİV və QHT rəhbərləri, ziyalıları ilə görüşüb və Azərbaycan – Tatarıstan münasibətlərinin inkişafı üçün daha çox çalışmalıyıq deyib

Millət vəkili Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib. Medalı millət vəkili Q.Paşayevaya ölkəmizdə səfərdə olan qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı Razil Vəliyev təqdim edib. Millət vəkili Q.Paşayeva ilə Tatarıstanda Dövlət Şurasında görüşünü məmnunluqla vurğulayan Razil Vəliyev onu yenidən Kazana dəvət edib. Azərbaycana dəvət üçün millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirən qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı, Xalq şairi, Dövlət Mükaqfatı Laureatı Razil Vəliyev ölkəmizə ilk dəfə səfər etdiyini və səfər müddətində Azərbaycanı yaxından tanımaqdan, burada keçirdiyi görüşlərin  Azərbaycan Tatarıstan münasibətlərinə, iki qardaş xalq arasında əməkdaşlığa böyük töhfə verəcəyinə inandığını deyib. Konkret layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət başçımız İlham Əliyevin Tatarıstanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyən millət vəkili Q.Paşayeva cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə aparılan geniş işlərlər bağlı qonağa geniş məlumatlar verib və onun səfərinin Azərbaycan -Tatarıstan münasibətlərinin inkişafına təkan olacağını xüsusi vurğulayıb. Qeyd edək ki, millət vəkili Q.Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı Razil Vəliyevlə səfərin sonuncu işçi günündə Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində görüş keçirilib. Nümayəndəliyin rəhbəri Alfred Zakirov başçılıq etdiyi diplomatik qurumun fəaliyyətləri barədə görüş iştirakçılarına bilgi verib, bu nümayəndəliyin Tatarıstanın Qafqazda yeganə nümayəndəliyi olduğunu deyib. O, Xalq şairinin Azərbaycana səfərini əlamətdar hadisə adlandırıb, keçirilən tədbirlərin yaddaqalan olduğunu bildirib. Razil Vəliyev zəngin proqram əsasında baş tutan səfərin təşkili üçün Azərbaycanlı yazarlara, görüşdüyü rəsmi şəxslərə, onu səfərə dəvət edən millət vəkili həmkarı Qənirə Paşayevaya təşəkkürünü çatdırıb. Millət vəkili Qənirə Paşayeva kitabların nəşri, qarşılıqlı səfərlər, ədəbi qurumlar arasında əməkdaşlığın dərinləşdirilməsi barədə fikrilərin praktik müstəvi üzərinə keçəcəyinə, yubanmadan gerçəkləşəyinə inandığını, bununla da mədəni əməkdaşlığın yeni üfüqlərinin açılacağını bildirib. Görüşdə dos.dr Şəmil Sadiq, dr. Həyat Şəmi, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Tatarıstan Vəkillər Palatasının üzvü İsmət Orucəliyev, daimi nümayəndəliyin müavini  İsmayıl Akmeyev iştirak edib. Azərbaycan aydınları ilə görüşdən sonra Xalq şairi tatar icması fəalları ilə görüşüb. İşçi günün sonunda mötəbər qonaq Bakıdakı “HƏDƏF” STEM Litseyi, M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası və Heydər Əliyev Mərkəzini ziyarət edib. Qeyd edək ki, Xalq şairi Razil Vəliyevin səfəri müddətində Azərbaycanın tanınmış ictimai fikir adamları, media kapitanları, QHT başqanları da könül süfrəsi qonağı olaraq dəvət edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri aparılıb. Milli Kulinariya Mərkəzinin başçısı, tanınmış ictimai xadim Tahir Əmiraslanov, Modern.Az portalının baş redaktoru, PJB başqanı Elşad Eyvazlı, Mətbuat Şurası İdarə Heyətinin üzvləri – Əməkdar jurnalistlər Rauf Arifoğlu, Azər Həsrət, prof.dr.Rəna Mirzəzadə, “Trend.az” portalının baş direktor müavini Arzu Nağıyev, “Olaylar”ın baş redaktoru Yunus Oğuz, “Moderator.az”ın baş redaktoru Zülfüqar Hüseynzadə, Şəhid zabit Sənan Axundovun ailə üzvləri, ünlü televizyaçı Etibar Babayev,“Yeni Müsavat” qəzeti baş redaktorunun I müavini Azər Ayxan, “Tuqan Tel” Tatar Mədəniyyət Cəmiyyətinin başçısı Gülcan Myasoutova, Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının başqanı Tərlan Qasımov, Sankt-Peterburqda yaşayan soydaşımız – araşdırmaçı-yazar Şahnaz Kamal, DGTYB, RHİMB, ABAİB mənsubları və b.-ları qardaş ölkənin görkəmli dövlət və ictimai xadimi ilə də görüş və fikir mübadiləsi aparılıb. Xatırladaq ki, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin sədri Q.Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı Razil Vəliyev və xanımı 29 iyuldan respublikamızdadır.Onlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq alim Zərifə xanım Əliyeavnın məzarlarını ziyarət edib.

Milli Məclisin (MM) Elm-təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, NİZAMİ ad. Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə MM-də, Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynovla AMEA-nın NİZAMİ ad. Ədəbiyyat Muzeyindəgörüşən Razil Vəliyev, eləcə də, şəhərin görməli yerləri ilə, o cümlədən İçərişəhərlə yaxından tanış olub, Şirvanşahlar Tarixi-Memorial Kompleksini ziyarət edib.

Şairin şeirlər kitabı AYB-nin NATAVAN Klubunda geniş təqdimatla ədəbi ictimaiyyətin ixtiyarına verilib. Bakıda (“Xan” nəşriyyatı) gün üzü görmüş “Payız yağmurları” kitabıXalq şairi Razil Vəliyevin Azərbaycanda çıxan ilk kitabıdır. Kitabda şeirlər iki dildə (Azərbaycanca və Tatarca) verilib.

“XAN” nəşriyyatında gün üzü görən şeirlər kitabının məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.

Cavanşir Feyziyev və  millət vəkili Qənirə Paşayevadır.Kitaba “USTAD” dərgisinin təsisçisi dos.dr. Şəmil Sadiq önsöz yazıb. Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın, Tatarıstanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan Azərbaycanlı elm adamlarının ixtiyarına verilir.

Əvvəlki yazı

Ağdamda şəhid bulağına hörmətsizlik – Video

Sonrakı yazı

Şəmkirdə “Hummer”i və özünü yandıran kimdir?

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.