03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva Qazaxıstanın təşkilat liderləri ilə görüşüb – Foto

08 Avqust 2019, 16:25
Cəmiyyət
A A
Qənirə Paşayeva Qazaxıstanın təşkilat liderləri ilə görüşüb – Foto

Millət vəkili Q.Paşayeva Qazaxıstanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Qazaxıstanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb. Ölkələrimizin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Qazaxıstanın tanınmış təşkilat rəhbərləri, fəal qadınları qardaş Azərbaycanla əməkdaşlığın, dostluğun daha da inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini və edəcəyinə inamlarını xüsusi vurğulayıblar.

Görüş zamanı millət vəkili Q.Paşayeva onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüşləri zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Millət vəkili Q.Paşayeva bu məsələdə özəlliklə dost, qardaş ölkələrdən daha çox dəstək gözləyirik deyib. Qazaxıstanın tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Q.Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.

Q. Paşayeva Azərbaycanın Qazaxıstanla əməkdaşlığa verdiyi önəmdən, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial olduğundan danışıb və onları ölkəmizə dəvət edib.

Deputat Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə bağlı da geniş məlumatlar verib.

Qazaxıstanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Q.Paşayeva görüşün sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Əvvəlki yazı

Hafiz Hacıyev: “Prezident hökuməti təcili buraxmalıdır”

Sonrakı yazı

Prezidentdən yeni təyinat

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.