“Qardaş Özbəkistanın 2-ci böyük şəhəri olan Namanqanda keçirilən tədbirlərdə çıxış etmək və müəllifi olduğum kitabın təqdimatında iştirak etmək üçün bu qədim və gözəl vilayəti ziyarət etdik”.
Reportyor.info xəbər verir ki, deputat Qənirə Paşayeva feysbukda yazıb. Xanım millət vəkil əlavə edib: “Namanqan qardaş Özbəkistanın ən qədim tarixi və bu gün də sürətlə inkişaf edən bölgələrindən biridir. Bizi yüksək səviyyədə mehribanlıqla, səmimiyyətlə, sevgiylə qarşılayan gözəl Namanqana və burada yaşayan qardaş-bacılarımıza, rəsmi şəxslərə, fəal qadınlara, gənclərə və bu tədbirlərin və bizim Namanqana səfərimizin təşkilində böyük əməyi olmuş əziz dostum, gözəl şairə, “Kitab dünyası” qəzetinin baş redaktoru Xosiyat Rustamovaya və ümummilli liderimiz Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə çox təşəkkür edirik. Özbəkistanda kitabımın çapdan çıxmasında Xosiyat Rustamovanın böyük əməyi var. Namanqandakı bütün qardaş-bacılarımızı Azərbaycana dəvət etdik, Azərbaycandakı insanlarımızı da bu bölgəni ziyarət etsələr, məmnun qalacaqlarına inanırıq. Bizim bir-birimizi daha yaxından tanımağımız üçün qarşılıqlı səfərlər etməyimiz, tədbirlər keçirməyimiz vacibdir. İnşallah yeni layihələrlə gözəl Namanqanı təkrar ziyarət edəcəyik. Təşəkkürlər Namanqan!”