06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva “Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ problem” mövzusunda konfrans keçirib – FOTOLAR

28 Oktyabr 2018, 23:18
Cəmiyyət
A A
Qənirə Paşayeva “Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ problem” mövzusunda konfrans keçirib – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kırıkkale vilayətində “Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problemi ” adlı konfrans verib. Konfransda Kırıkkale bələdiyyə başqanı, valisi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova, Türk Ocakları başkanı, Kirikkale Qazeteçiler Cemiyyeti başkanı,Kırıkkale bölgəsinin ziyalıları, KİV və QHT rəhbərləri, gənclər, yüzlərlə Kırıkkalelı iştirak edib. Konfransda çıxış edən Kırıkkale valisi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, “hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir” deyib və Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini vurğulayıb. 

Konfransda çıxış edən millət vəkili Q.Paşayeva müsəlman şərqində qurulan ilk cümhuriyyət olan və bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib və AXC-ni quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı dedi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Kırıkkaledan da olan dədələrimizdən danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türkləri.

Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara da xüsusi toxunub və “dosta da, düşmənə də çox önəmli məsajlar” oldu deyib. Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi. Q.Paşayeva “dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq” deyib.

Millət vəkili çıxışında Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə də çağırıb və “bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq” deyib:” Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva “güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik” deyib. Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Konfransın sonunda Kırıkkale rəsmləri, Qazeteçiler Cemiyyeti başkanı, Türk Ocakları başkanı  və müxtəlif təşkilatların rəhbərləri millət vəkili Q.Paşayevaya belə bir konfrans üçün təşəkkürünü bildirib, onu yenidən Kırıkkaledə konfrans vermək üçün dəvət ediblər və Azərbaycan-Türkiyə əlaqələri, Türk Dünyası ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini deyərək ona plaket təqdim ediblər. Millət vəkili Q.Paşayevaya və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırovaya Kırıkkalela bağlı xatirə hədiyyələri də təqdim edilib. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində gənclərin suallarını da cavablandırıb, KİV-lərə geniş müsahibə verib.

Əvvəlki yazı

“Barselona” “Real”ı darmadağın elədi –”El Klassiko”da 6 qol səsi çıxdı

Sonrakı yazı

Asif Əsgərovun Eldar Mahmudov bandası ilə müdhiş işbirliyi: prezidentə şok dosye…

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.