24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva AŞPA-ya irad bildirdi: “Zamanında işğalçıya qarşı sərt addımlar atsaydınız…”

27 İyun 2019, 19:58
Gündəm
A A
Qənirə Paşayeva AŞPA-ya irad bildirdi: “Zamanında işğalçıya qarşı sərt addımlar atsaydınız…”

Millət vəkili Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi Azərbaycanlı uşaqlardan danışıb, bu cinayətləri törədən Ermənistana qarşı zamanında ciddi addımlar atsaydınız bu gün o uşaqlardan bəziləri aramızda olardı deyərək təşkilatı ittiham edib və ikili standartlardan əl çəkməyə çağırıb.

Millət vəkili Q.Paşayeva AŞPA-da balaca Zəhradan, Fariz, Aygün və Ermənistanın Xocalıda qətlə yetirdiyi onlarla azərbaycanlı uşaqlardan danışıb və AŞPA-ya zamanında işğalçıya qarşı sərt addımlar atsanız bu gün o uşaqlar aramızda olardı deyib. Bu gün AŞPA-da “Uşaqlara qarşı zorakılığa son qoyulması: Avropa Şurasının Dayanıqlı İnkişaf Hədəflərinə töhfəsi”, “Miqrant uşaqlara qarşı zorakılığı və onların istismarını dayandırmaq” mövzularının müzakirəsi zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü,AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva çıxış edərək işğalçı Ermənistanın qətlə yetirdiyi Azərbaycanlı uşaqlardan danışıb, bu cinayətləri törədən Ermənistana qarşı zamanında ciddi addımlar atsaydınız bu gün o uşaqlardan bəziləri aramızda olardı deyərək təşkilatı ittiham edib və ikili standartlardan əl çəkməyə çağırıb.

“Dəyərli həmkarlarım,

Dünyada uşaqların yarısının hər il zorakılıqdan əziyyət çəkməsi bizi çox ciddi narahat etməlidir və biz uşaqların daha güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Biz məruzəçini təbrik edərək, onun irəli sürdüyü təklifləri dəstəkləməklə yanaşı bəzi məsələlərə də xüsusi diqqət göstərilməsinə çağırırıq. Uşaqlara qarşı zorakılıq işğalların, münaqişələrin olduğu bölgələrdə daha da dəhşətli olur. Bu gün burada körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın Avropa Şurasının üzvü olan Azərbaycanın torpaqlarının 20 fazini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdü və o adamlar bu günə qədər də köçkün həyatı yaşayırlar. Onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildi. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım zamanı 63 uşaq qətlə yetirilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımdan qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Bunları ona görə sayıram ki işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşaqlara qarşı bu zorakılıqları törədənlər isə ədalət qarşısında cavab vermədilər və bu gün də Ermənistanda müxtəlif vəzifələrdə çalışırlar. AŞPA-nın qəbul etdiyi qətnamələri isə Ermənistan bu gün də yerinə

yetirməkdən imtina edir. Bu uşaqlara qarşı törədilmiş zoralıq və cinayətlərin qarşısını almaq üçün çox təəssüf ki AŞ, AŞPA heç bir ciddi addımlar atmadı. Ermənistan silahlı qüvvələri isə azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan silahlı qüvvələri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vuraraq qətlə yetirdilər. Mənim millət vəkili olduğum bölgədən 13 yaşlı bir qızı Aygün Şahmalıyevanı qətlə yetirdilər. 2017-ci ildə isə 2 yaşı tamam olmamış olan balaca Zəhranı qətlə yetiridilər. Bu siyahını davam etdirə bilərəm amma təəssüf ki zaman azdır. Bu zorakılıqları, cinayətləri törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Zamanında baş verən zorakılıqlarla bağlı təşkilatımız tərəfindən ciddi addımlar atılsaydı bəlkə nə qədər uşaq bu gün aramızda olardı. Ona görə də biz sizi uşaqlara qarşı törədilmiş bütün növ zorakılıqlara qarşı birlikdə daha ciddi mübarizəyə çağırırıq. İkili standartlara yol vermədən.

Əziz dostlar,

Mənim ölkəm Azərbaycan uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparır. Dayanıqlı İnkişaf Hədəflərinə uyğun olaraq uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və uşaqlara qarşı zorakılığın və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərdəndir. Və bu istiqamətdə BMT, AŞPA da daxil olmaqla beynəlxalq qurumlarla effektiv əməkdaşlıq edilir. İnsan alveri o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar Parlamentdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir, maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidai və orta təhsil alması təmin edilib. Köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə isə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Bununla əlaqədar olaraq, Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə “Biz zorakılığa yox deyirik” mövzusunda müzakirələr aparılıb və bu işlər davam edir.Bütün bunlara baxmayaraq bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir. İnanırıq ki, bugünki müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha effektiv mübarizəyə öz müsbət töhfəsini verəcək.”

Qənirə Paşayeva AŞPA-ya irad bildirdi:
Qənirə Paşayeva AŞPA-ya irad bildirdi:
Qənirə Paşayeva AŞPA-ya irad bildirdi:
Qənirə Paşayeva AŞPA-ya irad bildirdi:
Qənirə Paşayeva AŞPA-ya irad bildirdi:
Qənirə Paşayeva AŞPA-ya irad bildirdi:
Əvvəlki yazı

Brilliant Dadaşova Prezidentə müraciət etdi – “Sizə qurban olum, xalqı xilas edin”

Sonrakı yazı

Prezident Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsi verdi –Sərəncam

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.