06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva Ərzurumda AXC-nin 100 illiyi ilə bağlı tədbirdə geniş məruzə ilə çıxış edib- FOTOLAR

10 Mart 2018, 18:52
Cəmiyyət
A A
Qənirə Paşayeva Ərzurumda AXC-nin 100 illiyi ilə bağlı tədbirdə geniş məruzə ilə çıxış edib- FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Ərzurumda Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü ilə bağlı tədbirdə geniş məruzə ilə çıxış edib və Türk dünyasına birliyə çağırıb.

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə yürüş gerçəkləşdirildi. Yürüşün ardından İbrahim Erkal Sənət Mərkəzində ‘’100-ümüz özümüz bir’’ adlı proqram təşkil edildi. Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasya Dərnəyi və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq təşkil etdiyi‘’100-ümüz özümüz bir’’ proqramı Narmanlı Camidən İbrahim Erkal Sənət Mərkəzinə qədər davam edən yürüşlə başladı. Yürüşdə Ak Parti Ərzurum millət vəkili İbrahim Aydemir, Azərbaycan millət vəkili Qənirə Paşayeva və çox sayda vətəndaş iştirak edirdi. Yürüşün sonlandığı İbrahim Erkal Sənət Mərkəzində ‘’100-ümüz özümüz bir’’ proqramı təşkil edildi. Proqrama Ərzurum valisi Seyfettin Azizoğlu, Ərzurum millət vəkili İbrahim Aydemir, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Büyükşəhər bələdiyyə başqanı Mehmet Sekmen, AK Parti İl başqanı Mehmet Emin Öz, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev , STK təmsilçiləri və vətəndaşlar iştirak edirdi. Belə bir günün Azərbaycan ilə ilə birlikdə qeyd edilməsinin qürurverici olduğunu ifadə edən Ərzurum valisi Seyfettin Azizoğlu “eyni millət, eyni din, eyni qədəri paylaşan bu coğrafiyaanın qədim dostlarının belə bir anlamlı və belə bir gözəl bir gündə şəhərimizə gəlməsi ilahi qədərin təcəllisidir”, – dedi.

Ərzurum millət vəkili İbrahim Aydemir isə, “Qənirə xanım Nənə Xatun ismini çox dəyərli hesab edir, onu da hər toplantıda zikr etməyə çalışır ki, milli duruş daha güclü olsun. Burda çox sayda nənə xatunlar var, bu millətdə doğuşdan Nənə Xatun ruhu var, Allahın izniylə bu ruh heç zaman bitməyəcək. Azərbaycan bizim qardaş ölkəmizdir, bir millət və iki dövlət olaraq hər zaman qurtuluşumuzu və quruluşumuzu qeyd edək”, dedi. Hər iki dövltin marşının əzbərdən bilinməsinin vacibliyini vurğulayan millət vəkili Qənriə Paşayeva pankartda yazılı olan “100-ümüz bir özümüz bir’’ şüarı haqqında “bələdiyyə başqanımızdan bir şey rica edəcəm, gələn il bu proqram yenidən təşkil edilsin, şüarımız 101-imiz bir özümüz bir olsun olsun. Gənclərimizə babalarımızı, nənələrimizi daha yaxşı öyrətməyimiz lazımdır, o babalarımızda, nənələrimizdə Azərbaycan-Türkiyə ayrımı yoxdu, onların nə düşüncəsində, nə də hərəkətlərində, nə də etdiklərində ayrım yoxdu. Onların düşüncəsində və qəlbində Vətən vardı. O Vətən Türkiyədən Azərbaycana, Kərkükdən, Krımdan Türküstana qədər uzanırdı. Biz nə zaman Vətən anlayışını doğru qəbul etdik, birlik anlayışı içərisində olduq, uğur qazandıq. Biz Çanaqqalını birlik ruhumuzla qazandıq. Ərzurum bizim üçün qala kimidir. Ərzurumun qurtuluşuyla bizim quruluşunun eyni dönəmdə olması bizi qürurlandırır”, – deyə bildirdi. Bütün Müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, Azərbaycanın qadınlara seçmək və seçilmək haqqını verən ilk

dövlətlərdən biri, müsəlman şərqində ilk dövlət olmasından olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu bizim qürur tariimizdir deyir və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb və harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərini onları daha geniş öyrənməyə çağırıb. Erməni çətələrinin 100 il əvvəl Ərzurumda və Azərbaycan torpqlarında törətdiyi dəhşətli cinayətlərdən, 20-ci əsrin sonlarında Ermənistann işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalism aktlarından xüsusi danışan millət vəkili Q.Paşayeva gəncləri bunları unutmamağa çağırıb. “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.O, bildirib ki, bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir.“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Qarabağda, Suriyada Bayırbucaqda, İraqda, Təlafərdə, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Qarsdakı Baş Konsulu Nuru Quliyev Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bu günü və gələcəyə baxışla bağlı geniş fikirlərini bildiriblər. İldönümlərinin xatırlanması və qeyd edilməsinin vacibliyini vurğulayan Ərzurum Böyükşəhər bələdiyyə başqanı Mehmet Sekmen, ‘’Həm qardaş ölkə Azərbaycanımızın quruluşu, həm də Ərzurumuzun düşmən işğalından qurtuluşunu təbrik edirəm. İldönümləri xatırlanmalı və qeyd edilməli, müstəqillik ortamında dövlətlərimizi yaşatmağımız üçün bu günlər qeyd edilməli, bir yandan da keçmişə dönüb baxıb həm oyanıq olmağımız, həm də ayaqda durmağımız üçün dövlətlərimizi, millətlərimizi ucaltmağımız lazımdır”, – deyə çıxışında bildirdi. Proqramdan sonra Azərbaycan millət vəkili Qənirə Paşayeva Ərzurum Böyükşəhər bələdiyyə başqanı Mehmet Sekmenə üzərində Qarabağın rəsmləri olan qalstuk hədiyyə edərək Ərzurumda bir Qarabağ parkının açılmasını xahiş etdi.

Qənirə Paşayeva Ərzurumda AXC-nin 100 illiyi ilə bağlı tədbirdə geniş məruzə ilə çıxış edib-

Əvvəlki yazı

Vəkil:”Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsi faktları Avropa İnsan Haqları Məhkəməsinə göndərilir”

Sonrakı yazı

Qiymətləndiricilər Cəmiyyətinə yeni sədr seçildi – FOTOLAR

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.