10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qəzetlər çətin durumda:Vergi yükü və kağızın qiymətinin artması ciddi problemlər yaradıb

24 Yanvar 2019, 12:07
Cəmiyyət
A A
Qəzetlər çətin durumda:Vergi yükü və kağızın qiymətinin artması ciddi problemlər yaradıb

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin dairəsi məhdudlaşdırılıb. Belə ki, işçi sayı qanunla müəyyən edilən həddən (10 nəfərdən) çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri bu ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinin bölgüsünə dair qaydalarına əsasən, işçilərinin orta siyahı sayı 1-10, illik gəliri 200 min manatadək olan sahibkarlar mikrosahibkarlıq subyekti hesab olunacaqlar. Belə sahibkarlıq subyektləri üçün vergi ödənişində ciddi güzəşt nəzərdə tutulur – onların gəlirlərinin 75 faizi vergidən azad olunub. Qaydaya görə, işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan sahibkarlar kiçik sahibkarlıq subyekti hesab ediləcəklər. İşçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3-30 milyon manat olanlar orta, işçi sayı 251-dən, illik gəliri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunacaqlar. Sahibkarların illik gəlirinə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Sadələşmiş vergi ödəyicisi olmaq hüququnu itirən ödəyicilərdən biri də kütləvi informasiya vasitələridir. KİV-lərin, xüsusilə də yazılı media orqanlarının yeni qaydalarla işləməkdə çətinliklərlə üzləşəcəyi qeyd olunur. Belə ki, buna qədər sadələşmiş verginin ödəyicisi olan qəzetlərin vergi hesabatlığı da sadə qurulmuşdu. İndi isə bu hesabatlıq xeyli mürəkkəbləşib, eyni zamanda qəzetlər üçün çətinliklər yaradan bir sıra məqamlar var. Belə ki, onlar mikrosahibkarlıq subyekti ola bilməyəcəklər. Çünki qəzetlərin böyük əksəriyyətində dövriyyə aşağı olsa da, işçi sayı 10-dan yuxarıdır. Bu isə onların mikrosahibkarlıq subyekti kimi vergi güzəştindən yararlanmasına imkan verməyəcək. Vergiləri tam həcmdə ödəmək isə vergi yükünün dəfələrlə artması deməkdir. Qəzet kağızı idxalının ƏDV-dən azad edilməməsi üzündən ciddi çətinliklər yaşayan yazılı media üçün vergi yükünün də artması onların problemlərinin daha da dərinləşməsi deməkdir. Qəzetlər yeni vergi qaydalarına hazırdırlarmı? Bu qaydalar onlara hansı üstünlük və ya çətinlik yaradır?

Suallara cavab verən “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi bildirdi ki, yeni vergi sisteminə keçidin onların fəaliyyətinə təsiri ilə bağlı hələlik nəsə demək mümkün deyil: “Hələ ki yeni qaydalarla ilk vergi hesabatının verilməsi müddəti gəlib çatmayıb. Buna görə də hansı sahədə çətinliklərin olacağını söyləmək mümkün deyil”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin dediyinə görə, sadələşmiş sistemlə işləmək qəzetlər üçün daha rahat idi: “İndi yeni vergi qaydaları ilə bağlı mühasibatlığımızla müzakirələr aparmışıq bir neçə dəfə. Amma hələ konkret rəyə gələ bilməmişik. Hesabat dövrü çatanda yəqin ki, hansı sahələrdə çətinliklərimizin olduğunu daha dəqiq deyə biləcəyik”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, yeni vergi qaydaları qəzetlərə ciddi problemlər yaradacaq: “Əvvəl dövriyyənin 4 faizi həcmində vergimizi ödəyirdik, hesabatlarımızı verirdik. İndi həm verginin məbləği artıb, həm də hesabatlıq sistemi mürəkkəbləşib. Xərclərimiz gəlirimizdən çıxılandan sonra yerdə qalan məbləğin 20 faizi həcmində vergi verməliyik. Xərcləri elektron qaimə ilə təsdiqləməliyik. Bu gün çoxsaylı xərclər var ki, onları elektron qaimə ilə təsdiqləmək qeyri-mümkündür, bu sistemin özü oturuşmayıb ölkədə. Qəzet xərclərinin çoxu da məhz elektron qaimə ilə təsdiqlənməyən xərclərdir. Bu, o deməkdir ki, biz xərclərimizin xeyli hissəsini təsdiqləyə bilməyəcəyik və böyük həcmdə vergi ödəməli olacağıq. Bu isə indiki maliyyə durumumuzda bizim üçün çox böyük yükdür”.

Baş redaktor bildirir ki, son vaxtlar qəzet kağızının bahalaşması qəzetlər üçün ciddi problemlər yaradıb: “Qəzet kağızının tonu min dollara yaxına qədər bahalaşıb. Biz gözləyirdik ki, qəzet kağızı idxalını Əlavə Dəyər Vergisindən azad edəcəklər, amma olunmadı. Bu, çap mətbuatı üçün ciddi çətinlik yaradırdı. İndi də vergi yükü artır, bu şəraitdə çap mətbuatının perspektivi heç də yaxşı görünmür”.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanovun sözlərinə görə, yazılı media üçün yeni vergi qaydaları bir neçə istiqamətdə çətinliklər yaradır: “Biz indiyədək kağızı idxalçı firmalardan nağd qaydada xeyli ucuz əldə edə bilirdik. Amma bundan sonra ən böyük xərcimiz olan kağızı alarkən elektron qaimə verməli, hesablaşmanı elektron qaydada həyata keçirməliyik. Bu zaman idxalçı firma qiymətdə heç bir güzəştə getmir, çünki özü də vergi ödəyicisidir. Yəni nağd formada 900 dollara aldığımız kağız qeyri-nağd formada aldıqda 950-960 dollara başa gəlir. Digər tərəfdən, işimizin xarakteri elədir ki, xərclərimizin heç də hamısını rəsmiləşdirə bilmirik. Bu isə ödəyəcəyimiz verginin məbləğinə birbaşa təsir edəcək”.

“Yeni Müsavat”

Əvvəlki yazı

Qənirə Paşayeva dezinformasiya yayan KİV və siyasətçiləri pislədi

Sonrakı yazı

“SAHİL BABAYEV ARTIQ YUXARIDAN GEDİR…” – Deputatlardan nazirə ağır ittihamlar

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.