Millət vəkili Qənirə Paşayeva “Azəriqaz” rəhbərliyindən Tovuz rayonu Cəlilli kəndində 90 evin qaz xətti ilə təmin olunması üçün müraciət etmişdi. Reportyor.info xəbər verir ki, artıq ərazi üzrə qaz xəttinin çəkilişi davam edir. Sakinlər görülən işlərdən çox məmun olublar. Onların sözlərinə görə, qışın soyuğunda böyük əzabdan xilas ediblər. Bu müraciətə müsbət cavab verilməsi və kənddə 90 evin qazla təmin olunmasına görə “Azəriqaz” İB direktoru Ruslan Əliyevə təşəkkür bildirilib.
Discussion about this post