Millət vəkili Qənirə Paşayeva Antalyada Antalya Gazeteçiler Cəmiyyəti tərəfindən “Nuri Dağtekin Özül Ödülü”nə layiq görülüb.
Qənirə xanım səhhətində olan problemi ilə əlaqədar mükafatlandırma mərasimində iştirak edə bilməyib və onun yerinə Türkiyədə yaşayan azərbaycanlı hüquqşünas Lalə xanım alıb və Qənirə xanımın təşəkkürlərini çatdırıb.
Qənirə xanım onu bu dəyərli mükafata layiq görən Antalya Gazeteçiler Cəmiyyətinin bütün üzvlərinə, onun dəyərli başqanı Mevlüt Yeniyə və Qənirə xanıma verilən mükafatı təqdim edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkürünü çatdırıb.