20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva Tovuzda ali məktəblərə daxil olan gənclərlə görüşüb

05 Sentyabr 2019, 16:42
Cəmiyyət
A A
Qənirə Paşayeva Tovuzda ali məktəblərə daxil olan gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonun kənd məktəblərindən bu il ali məktəblərə daxil olan gənclərlə görüşüb,onları təbrik edib və çağırış edib. Tovuz rayonunun Habil Vəliyev adına Əlibəyli kənd tam orta məktəbindən, Naiq Yusifov adına Ağdam kənd tam orta məktəbindən, Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbindən, Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbindən, Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbindən, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Habil Cəfərov adına Hunanlar kənd tam orta məktəbindən, Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbindən, Firudin Qasımov adına Xatınlı kənd tam orta məktəbindən, Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbindən, Rəfail İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbindən, Elşad Tağıyev adına Cəlilli kənd tam orta məktəbindən, Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbindən, Sahib İskəndərov adına Əyyublu kənd tam orta məktəbindən, Rövşən Alıyev adına Əyyublu kənd tam orta məktəbindən, Əyyublu kənd 1№-li tam orta məktəbindən bu il ali məktəblərə qəbul olunmuş gənclərlə görüşdə millət vəkili Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib. Təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, çox sevindirici haldır ki, bu il Tovuz rayonun 4 məktəbinin – Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Çatax və Bayramlı kənd məktəblərinin hər birində bir sinfin bütün şagirdlərinin hamısı bu il ali məktəblərə daxil olub. Məzun olan və ali məktəblərə daxil olan və tələbə adını qazanan bütün şagirdləri, onların valideynlərini, əməyi keçən müəllimləri və məktəblərini təbrik edirik. İnanırıq ki, bu kimi uğurların sayı daha da artacaq. Ali məktəblərə daxil olan şagirdlərin sayının artmasını müsbət hal kimi qiymətləndir ən millət vəkili Qənirə Paşayeva Tovuz rayonu kənd məktəblərinin bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində uğurların daha da artacağına inandığını deyib . “Ümumiyyətlə məni çox sevindirdi ki, Tovuz rayonu kəndlərindən ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir.” Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı. “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi. Millət vəkili torpaqlarımızın 20 faizinin işğalçı Ermənistanın işğalı altında olduğunu,1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb. O, deyib ki Azərbaycan əleyhinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar. Görüşdə iştirak edən Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova çıxış edərək gəncləri təbrik edib, onları yaxşı oxumağa, öz üzərlərində daha çox çalışmağa çağırıb. Tədbirdə iştirak edən millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizə səfər etmiş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, Azərbaycanla bərabər, bu gənclərin Türk dünyası istiqamətində gözəl işlər görəcəklərinə inandığını deyib, uğurlar diləyib. Tədbirdə iştirak edən Tovuz rayonu kənd məktəblərinin direktorları çıxış edərək həyatlarında yeni mərhələyə qədəm qoyan tələbə adını qazanan gənclər üçün stimul olan, onlarda ruh yüksəkliyi yaradan belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər, gələn il nəticələrin daha da yaxşılaşması istiqamətində daha da çox çalışacaqlarını bildiriblər. Görüşün sonunda millət vəkili Q.Paşayeva və Fitoterapevtlər Cəmiyyətinin sədri M.Qəhrəmanova tələbə adını qazanan gənclərə dəyərli hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib. Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda gənclərlə geniş fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran sualları cavablandırılıb.

Əvvəlki yazı

Xalq artistinin 20 yaşlı qızının bahalı həyatı – Fotolar

Sonrakı yazı

Nazir Təhsil Şöbəsinə yeni müdir təyin etdi – FOTO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.