10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva İstanbulda Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib

10 Mart 2018, 14:16
Cəmiyyət
A A
Qənirə Paşayeva İstanbulda Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib

İstanbulda Türk Ocaklarının təşkilatçılığı ilə keçirilən tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb.

Millət vəkili bildirib ki, 20-ci əsrin əvvəllərində, Qars bölgəsi də daxil olmaqla, Anadoluda insanlarımız Sarıqamış faciəsini yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan insanlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı:“Yetim qalam qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək, “bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. 20-ci əsrin əvvələrində Türkiyə üçün, Azərbaycanın müstəqilliyi üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı. Birinci Dünya müharibəsində Şərq cəbhəsindəki məğlubiyyət üzündən Rusiya imperiyası və silahlandırdığı erməni terror şəbəkəsi Qars da daxil olmaqla buraları işğal edəndə, zülmlər törədəndə Əhməd Cavad Novruz bayramı zamanı yazdığı şeirində “orda insanlarımız belə acı çəkirsə, bizim bayram keçirməyə haqqımız yoxdur” deyirdi və o acını, ağrını şeirində əks etdirirdi”.Q.Paşayeva bu gün dillərdən düşməyən “Çırpınırdı Qara dəniz” şeiri də daxil olmaqla, Ə.Cavadın bütün şeirlərində, yazılarında millət uğrunda mübarizəsinin olduğunu deyib.Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə danışan millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb:“Bizim dədələrimiz, Azərbaycan türkləri Çanaqqalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyəni “bir millət, iki dövlət”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” sözlərini vurğulayan Qənirə Paşayeva Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından da danışaraq bildirib ki, hər bir türk Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Millət vəkili Q.Paşayeva çıxışında İstanbul Böyükşəhər bələdiyyəsinə çağırış da səsləndirib. O, bildirib ki İstanbulda Əhməd Cavad adını daşıyan küçənin və ya parkın olması önəmli bir addım olardı və İstanbul Böyükşəhər bələdiyyəsini bu təklifi gerçəkləşdirməyə çağırıb, bunun qısa zamanda reallaşacağına ümid etdiyini deyib.

Tədbirdə tanınmış alimlər İsmail Türkoğlu, Mehdi Gəncəli də geniş çıxış ediblər. Tədbirin təşkilatçısı İstanbul Türk Ocaqlarının başqanı Cezmi Bayram,

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun rəhbəri, professor İlham Məmmədzadə Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı ilə bağlı çıxışlar ediblər. Tədbirin sonunda çıxışçılara təşəkkür plaketləri təqdim olunub.

Qənirə Paşayeva İstanbulda Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib

Qənirə Paşayeva İstanbulda Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib

Qənirə Paşayeva İstanbulda Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib

 

Qənirə Paşayeva İstanbulda Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib

 

Əvvəlki yazı

Ağcabədidə 34 yaşlı kişi özünü yandırıb

Sonrakı yazı

Baş Polis İdarəsi:”Mitinqdə 1500-ə yaxın insan iştirak edib”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.