Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın qüvvədən düşdüyünü bildirib.
Bu barədə Paşinyan jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, indi İrəvanla Bakı arasında bütün müzakirələr avqustda Vaşinqtonda imzalanmış sənədlər əsasında aparılacaq.
Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”: “9 noyabr 9 noyabrda qaldı”.
Xatırladaq ki, bundan əvvəl 2024-cü ilin mayında Nikol Paşinyan bəyan edib ki, üçtərəfli bəyanatın heç bir bəndi artıq qüvvədə deyil. Rusiya isə razılaşmanın qüvvədə olduğunu iddia edir.