06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PUTİNİN YENİDƏN YARATDIĞI RUSİYA –Kreml üç əsas istiqamətdə fəaliyyətini davam etdirəcək – TƏHLİL

12 Mart 2018, 01:32
Siyasət
A A
PUTİNİN YENİDƏN YARATDIĞI RUSİYA –Kreml üç əsas istiqamətdə fəaliyyətini davam etdirəcək – TƏHLİL

Soli Özel

“Habertürk”, Türkiyə

 

Martın 18-də Rusiyada prezident seçkilərinin ilk turu keçiriləcək. Vladimir Putinin bu seçkini udacağına heç kim şübhə etmir. O, 1990-cı illərin darmadağın olmuş və zəif düşmüş Rusiyasının yerinə, bu gün xoşlamadığı rejim müxaliflərini xaricdə neytrallaşdıra, ABŞ və ehtimal ki, həm də Avropadakı seçkilərə müxtəlif formalarda müdaxilə edə biləcək bir Rusiya qurub.

Avropa siyasi sistemində Putin tərəfdarı olan ifrat sağçı partiyalar Moskvadan aldıqları dəstəyin də təsirilə güclərini artırıblar. Tramp dövründə ABŞ-ın sürətlə nifrət hədəfi halına gəlməsi, ölkə hakimiyyətinin başıpozuqluğu və sarsaqlığı Rusiyanın önəmli strateji mövqelər əldə etməsinə də yol açıb.

1990-cı illərin dövlət başçısı Boris Yeltsinin yerinə gələn zaman Putinin qarşısında duran ən önəmli məsələ Rusiya dövlətini yenidən qurmaq və onun imkanlarını artırmaq idi. 2007-ci ildəki Münhen təhlükəsizlik konfransında Sovet İttifaqının dağılmasını XX əsrin ən böyük fəlakəti adlandıraraq, Qərb dünyasına “Bizi əsla bir daha 1990-cı illərdəki kimi gözümçıxdıya sala bilməyəcəksiniz” deyən Putin, dediyini böyük ölçüdə yerinə yetirdi. Sovet İttifaqının dağılması ilə “torpaqlarının 23,8%-ni, əhalisinin 48,5%-ni, milli gəlirinin 41%-ni, hərbi gücünün isə 44,6%-ni” itirmiş olan Rusiyanı dünya siyasətində önəmli bir güc halına gətirdi. Rusiya keçmiş sovet respublikalarındakı ağırlığını artırdı, Ukraynanı böldü, Krımı ilhaq edərək, torpaqlarını genişləndirdi.

Rusiya bu gün çatdığı nöqtəyə yalnız hərbi gücünün tətbiqiylə – Gürcüstanı işğal edərək, Ukraynadakı separatçılara, Suriyadakı rejimə dəstək verərək öz yaxın çevrəsində quş uçurtmayaraq gəlmədi. Eyni zamanda diplomatiyadan da öz maraqları yönündə həm təsirli, həm də geniş şəkildə istifadə etdi. Bu səbəblə də xüsusilə Orta Şərqdə hamı Moskva ilə yaxşı münasibətlər qurmağa çalışdı. “Süni intellektdən ən yaxşı formada kim istifadə edəcəksə, gələcək dünyaya o hakim olacaqdır” deyən Putin, kibermüharibəyə də ciddi investisiya qoydu və bu şəkildə demokratik ölkələrin seçkilərinə təsir edəcək şəbəkəni yarada bildi.

1 martda etdiyi çıxışında isə Putin beynəlxalq münasibətləri yenidən hərbi rəqabət əsasında müəyyən etmək istədiyinin mesajını verdi. Rus politoloqu Yekaterina Şulmanın dediyi kimi, Putinin bu çıxışındakı əsl hədəf kütləsi Qərb ölkələri, xüsusən də ABŞ idi: “Dünyanın bölüşdürülməsi üçün ən güclü ölkələrlə aparacağı xəyali müzakirələrdə Rusiyanın əlini gücləndirməyə çalışdı. Biz, yəni, Rusiya onların bizi ciddiyə almasını, bizə hörmət etməsini istəyirik”.

Putinin Rusiyanı dünya səhnəsinə yenidən güclü və sözükeçən, tutduğunu qoparan bir ölkə olaraq çıxarması ölkə ictimaiyyətinin də xoşuna gəlir. Ölkə iqtisadi baxımdan əlverişli durumda olmasa da, demoqrafiyası sürətlə və ruslar baxımından təhlükəli şəkildə düşsə də, cəmiyyətdəki mövcud ab-hava onu dəstəkləməkdədir.

Avropa Xarici Əlaqələr Şurası üçün “Putin sonrasının Rusiyası” (“The arrival of post-Putin Russia”) başlıqlı hesabat yazan İvan Krastev və Qleb Pavlovskiyə görə, “Putin yalnız bir prezident deyil, postsovet Rusiyasının əsl qurucusudur”. Onlara görə, Putin Rusiyada yeni bir rejim qurub. Bu rejimə uyğun insan və seçici profilini formalaşdırmağı da bacarıb.

Krastev və Pavlovski Putinin öz qurduğu rejimdən güclü olduğunu yazsa da, Rusiyanın üç əsas hədəfi izləməsi davam edəcəkdir. Bunlardan birincisi, “AB ilə ABŞ-ı bir-birindən uzaqlaşdırmaqla bərabər, AB üzvlərinin arasını pozmaq”; ikincisi, “Avrasiyada Çinin iqtisadi liderliyini qəbul edərək, dominant təhlükəsizlik və diplomatik nizamlayıcı olmaq”; üçüncüsü isə, “Türkiyə ilə Qərb arasındakı böhrandan faydalanaraq, Türkiyənin ancaq sözdə NATO üzvü olmasını təmin etməkdir”…

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Texnologiya Universitetində rəzalət: rektor əməkdaşların üzünə qadın qoyur, oğlu isə…

Sonrakı yazı

Rəsmi Ankara xəbərdarlıq etdi, İraq hökuməti PKK-ya 10 gün vaxt verdi:”Buradan çıxın”

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.