28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PUTİNİN YENİ İŞĞAL SİLAHI: RUSİYA PASPORTU! – Rusiya prezidenti bütün əndazələri aşır

27 Aprel 2019, 19:39
Siyasət
A A
PUTİNİN YENİ İŞĞAL SİLAHI: RUSİYA PASPORTU! – Rusiya prezidenti bütün əndazələri aşır

Bu gün MDB məkanında hansı “qaynar nöqtəyə” nəzər yetirsəniz, orada yaşayan əhalinin əhəmiyyətli qisminin ya ikili vətəndaşlığa, ya da tək Rusiya vətəndaşlığına malik olduğunu görəcəksiniz. Elə ikili vətəndaşlığı olanların da “ikinci vətəni” yenə Rusiyadır. Təkcə bu fakt keçmiş SSRİ-nin dövründən qalan və hələ də qanayan yaraların əsas baiskarının məhz Rusiya olduğunun daha bir bariz sübutudur.

Ukraynanı “sındırmaq” üçün alət…

Rəsmi Moskvanın hələ də özünü MDB ölkələrinin gerçək “xozeyini” kimi aparması və bunu hər imkan düşdükcə isbatlamağa çalışması çox zaman bütün əndazələri aşır və beynəlxalq hüquq normalarını alt-üst edir. Rusiya hazırda əsas hədəf olaraq seçdiyi və bütün yollarla “sındırmağa” çalışdığı Ukraynada da beynəxalq birliyin adət etdiyi kobud və açıq hörmətsizlik əks etdirən davranışlarını sürdürməkdədir.Əslində, Ukraynadakı son prezident seçkilərinin Moskva-Kiyev münasibətlərinə hansısa müsbət təsirinin olacağı, bu münasibətlərdə yeni səhifənin açılacağını gözləyənlər az deyildi.

Lakin rəsmi Moskva nəinki yeni hakimiyyətlə dialoq işarələri verdi, əksinə, hələ də təbrik etmədiyi yeni prezidentin inauqurasiya mərasimi keçirilməmiş Ukrayna ərazilərinin işğalını rəsmiləşdirməyə yönələn növbəti addımını atdı. Söhbət Donbasın işğal olunan ərazilərində, qondarma Luqansk və Donetsk respublikalarında yaşayanlara Rusiya vətəndaşlığının verilməsindən gedir. Vladimir Putin bununla bağlı xüsusi fərman imzalayıb ki, bu sənədə əsasən də artıq faktiki olaraq, Ukrayna vətəndaşlığı daşıyan həmin şəxslər asanlaşdırılmış qaydada Rusiya pasportunu ala biləcəklər. Bunun üçün ərizə verdikdən sonra cəmi 3 ay gözləmək kifayət edəcək.

Bununla rəsmi Moskva Krımın ilhaqından sonra Donbasın da işğalını rəsmiləşdirmək istiqamətində addım ataraq, gerçək niyyətlərini qətiyyən gizlətmək fikrində olmadığını təsdiqlədi. Bu addımla Rusiya həm də təsdiqlədi ki, Moskvanın problemi Poroşenkonun, yaxud başqa birisinin hakimiyyətdə olması deyil, ümumiyyətlə Ukraynanın dövlət kimi mövcud olmasıdır!

Rusiyanın bu qərarına cavab olaraq, Ukrayna tərəfi müəyyən addımlar atacağı barədə bəyanatlar verir – Rusiyaya qarşı Avropanın və Ukraynanın iqtisadi sanksiyaları, siyasi təzyiqlər və sair. Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib ki, onun ölkəsi bütün beynəlxalq platformalarda Rusiyanın bu addımına görə cəzalandırılmasına, daha kəsərli iqtisadi və siyasi sanksiyaların tətbiqinə nail olmağa çalışacaq. Yeni seçilmiş prezident Vladimir Zelenskinin sözçüsü Dmitri Razumkov isə bildirib ki, Rusiya bu addımı ilə Ukrayna torpaqlarını işğal etdiyini etiraf etmiş olub: “Rusiya bu qərarla işğalçı dövlət olduğunu təsdiqlədi.” Razumkov deyib ki, belə addımlar regionda sülhün yaradılmasına xidmət etmir. Ancaq bununla yanaşı o, Ukraynanın qətiyyətli addımlar atacağını və bölgədə sülh olacaqsa, bu sülhün Rusiyanın deyil, yalnız Ukraynanın şərtləri əsasında mövcud olacağını bildirib.

Rusiya pasportu kimə lazımdır?

Putin

Artıq beynəlxalq aktyorlar Rusiyanın bu addımını qınayan açıqlamalar, qərarlar verməyə başlayıblar. Məsələn, ABŞ Konqresi Putinin bu fərmanını kəskin şəkildə pisləyib. Lakin təcrübə göstərir ki, nə sanksiyalar, nə də siyasi təzyiqlər gözlənilən effekti vermir. Əksinə, getdikcə Rusiya tərəfinin arxayınçılığı və özündənrazılığı daha da artır və sərhəd tanımır. Məsələn, bu mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandıran V.Putin deyib ki, nəinki Luqansk və Donetskdə yaşayanlara, bütün Ukrayna vətəndaşlarına asanlaşdırılmış qaydada Rusiya pasportu verməyə hazırdır. Hətta əlavə edib ki, Luqansk və Donetskdə yaşayanlara Rusiya vətəndaşlığının verilməsində qeyri-adi heç nə yoxdur və belə hallar başqa dövlətlərin də təcrübəsində müşahidə olunub. Rusiya prezidentinin bu açıqlamalarından sonra elə eyni mətbuat konfransında Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu deməsi isə artıq şərhə yer qoymur…

Rusiya pasportunun onu daşıyan sıravi insanlara verdiyi üstünlüklərə gəlincə isə burada da birmənalı fikir söyləmək çətindir. Çünki tarix Rusiyanın “qaynar nöqtələrdə”sonradan vətəndaşlıq verdiyi insanların heç də “ağ günə çıxmadığını” göstərir. Əksinə, onlardan sadəcə siyasi alət, işğal üçün əsas kimi istifadə olunduğu müşahidə edilir. Bu gerçəkilk özünü Cənubi Osetiyadan tutmuş “Dnestryanı Respublikasına” qədər bir çox bölgələrdə göstərib. Əlbəttə ki, Donbas da bunun davamıdır.

Ümumiyyətlə, Rusiya vətəndaşlığı daşımağın hər hansı üstünlüklərinin olduğuna şübhə etmək üçün kifayət qədər əsaslar var. Məsələn, Rusiya hakimiyyəti nəinki ətraf respublikalara, hətta öz vətəndaşlarına qarşı da ikili standartlar yürütdüyünü dəfələrlə isbat edib. Təkcə öz vətənini görmək istəyinə görə Ermənistanda əsirlikdə, girovluqda saxlanılan Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğunu xatırlatmaq kifayətdir. Rusiya onun azad olunması üçün hansısa addımı atıbmı? Yox. Ancaq hansısa erməni əsilli Rusiya vətəndaşı təhlükəsizlik səbəbindən Bakıya buraxılmayanda Rusiya XİN-in ermənipərəst sözçüsü Mariya Zaxarova az qalır saçını yolub, fəryad etsin. Və buna bənzər faktlar kifayət qədərdir.

Yaxud, olsun Rusiya pasportunun verdiyi sırf texniki üstünlüklər və xarici ölkələrin ona münasibəti. Məsələn, əgər elə həmin Ukrayna vətəndaşları öz pasportları ilə dünyanın 128 ölkəsinə vizasız gedə bilirlərsə, Rusiya vətəndaşları üçün bu rəqəm 118-dir.

Ancaq sözsüz ki, Putini və onun hakimiyyətini öz pasportlarının nüfuzu və Rusiya vətəndaşlarına xaricdə göstərilən münasibət az maraqlandırır. İndi bu sənəd onlara daha çox silah kimi lazımdır – öz iqtisadi və siyasi maraqlarını təmin, ətraf respublikaları isə təhdid etmək, gərginlikdə saxlamaq, günahsız insanları, xalqları bir-birinə qırdırmaq üçün…

Əvvəlki yazı

Bakıda itkin düşən 13 yaşlı məktəbli tapılıb- Təhsil İdarəsindən açıqlama

Sonrakı yazı

Tovuzda su anbarında batan şəxsin meyiti tapıldı

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.