Kiyev vilayətinin qərbində yerləşən Motizin kəndinin rəhbəri Olqa Suxenko və onun həyat yoldaşıyla, oğlunun cəsədləri kütləvi məzarlıqda aşkar olunub.
Reportyor.info xarici KİV-lərə istinadla xəbər verir ki, ötən ay qaçırılan ailənin rus əsgərləri ilə əməkdaşlıqdan imtina etdikləri üçün öldürüldükləri bildirilir. Onlar martın 23-də rus əsgərləri tərəfindən qaçırılaraq naməlum yerə aparılıb.
Məlumatda qeyd olunur ki, araşdırma nəticəsində Olqa Suxenko, həyat yoldaşı İqor Suxenko və 25 yaşlı oğulları Oleksandırın başlarından güllələndikləri və kütləvi dəfn edildikləri məlum olub.
Həmçinin, quyudan qonşu Severinovka kəndindən olan 44 yaşlı kişinin meyiti tapılıb. Çuxurda başqa kişi meyiti də tapılıb. Onun şəxsiyyəti müəyyən edilməyib.
Ukrayna rəsmiləri isə qeyd edirlər ki, Olqa Suxenkonun qollarında və barmaqlarında sınıq xəsarətləri olub.
Discussion about this post