12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PUTİNDƏN SONRAKI DÖVRÜN DÖRD SSENARİSİ – Yeni “varis planı”, yoxsa ömürlük prezident?

25 Fevral 2018, 09:57
Siyasət
A A
PUTİNDƏN SONRAKI DÖVRÜN DÖRD SSENARİSİ – Yeni “varis planı”, yoxsa ömürlük prezident?

Martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərinin nəticəsi əvvəldən bəllidir: Vladimir Putin sonrakı yerdə olan namizədlərdən 5-6 dəfə çox səs yığaraq qalib gələcək.

Rusiyada bugünkü seçkilər sovet dövründəkindən daha ədalətli, azad və ya rəqabətli deyil. Yeganə fərq – seçicilərin yalnız bir namizədə səs verməməsidir, çünki hazırda bir neçə namizəd var ki, bu da seçkiyə daha etimadlı görünüş yaradır.

Gələcək seçki ilə bağlı başqa bir müəyyənlik budur ki, Putin dördqat prezident olacaq. Xatırladaq ki, Xodorkovskinin həbsindən sonra, 2003-cü ilin oktyabrın sonlarında onun ilkin siması yaranıb, daha sonra isə, 2004-cü ildə Putinin başqa bir, yeni modeli seçilib.

2008-ci il seçkilərindən sonra Putin, Rusiyanın yeni seçilmiş prezidenti Dmitri Medvedevin idarə olunması yollarını tapmalı idi.

Nəhayət, 2012-ci ildə, – daha sonra Ukraynanı işğal edən, – Moskvada, Poklonnaya Qora meydanında tərəfdarlarının mitinqinə gələn, kütləvi etirazları yatıran və prezidentliyə geri dönən döyüşçü Putin obrazı üzə çıxıb.

Onun çevrilmə bacarığına baxmayaraq, gələcək qələbəsindən sonra Putin hər hansı əsaslı siyasət dəyişikliyini təqdim etməyəcək. Sabiq maliyyə naziri Aleksey Kudrinin təklif etdiyi cəsarətli, hərtərəfli islahatlar gündəmdə deyil. Putin yeni fəndləri öyrənməyəcək tipdir.

Növbəti dövrdə Putinin nə edə biləcəyini proqnozlaşdırmaq üçün onun 18 illik hakimiyyəti dövründə Rusiyanı müəyyənləşdirən beş tendensiyanı nəzərdən keçirin.

Birincisi, Rusiyanı qonşuları təhdid edən şər dövləti halına gətirilməsi, Qərblə siyasi və hərbi qarşıdurmanın artmasıdır.

İkincisi, hakimiyyətin, – Rusiyanın nəhəng qərarvericiləri kimi, – bürokratiyanı, parlamenti və məhkəmə hakimiyyətini əvəz edən kiçik elitanın əlində cəmləşməsidir.

Üçüncü tendensiya – siyasi həyatda, xüsusilə gizli polis qismində, gücün tətbiqinə güvənmədir.

KQB-nin varisi olan Federal Təhlükəsizlik Xidməti (FSB) indi federal nazirlər, regional qubernatorlar, müxalifət liderləri, teatr direktorları, ekoloji fəallar, habelə “Twitter” və ya “Facebook”da rəylərini bölüşən sıravi vətəndaşları həbsə ata bilər.

Dördüncü və bununla əlaqəli başqa bir tendensiya – səsvermə hüququ, söz və toplaşmaq haqları daxil olmaqla, konstitusional təminatlı azadlıqların məhdudlaşdırılmasıdır.

Son tendensiya – mülkiyyət hüquqlarının tədricən erroziyasıdır və bu, Rusiyada iş adamlarına ölkəyə sərmayə qoymağı tövsiyə etmir.

Bütün bu mənfi tendensiyalar davam edəcək, hətta azalma tempi mübahisəlidir.

Putinin yenidən seçilməsi, demək olar ki, altı illik iqtisadi durğunluq və beynəlxalq izolyasiyanın davamı deməkdir.

O, islahat ehtiyacından danışır, ancaq təxminən bir nəsil hakimiyyətdə qaldıqdan sonra vədləri artıq etibar doğurmur. Putinin niyyətlərini və gələcək siyasətini izah etmək üçün hərəkətlərinə – “o nə deyir və nə edir”ə fikir vermək lazımdır.

Zənnimcə, dörd məqbul ssenari var.

Birincisi, Putin ömürlük prezidentlik məqsədi ilə prezidentlik müddətini iki dəfəylə məhdudlaşdıran Konstitusiya müddəasını referendum keçirməklə ləğv edir. O, Rusiya və Belarusun İttifaqı dövlətinin prezidenti seçilərsə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko ittifaqın baş nazir vəzifəsini icra edəcək. Birlik Dövləti 1997-ci ildən “ölüb”, ancaq Putinin məqsədlərinə xidmət etmək üçün o canlandırılacaq.

İkinci ssenaridə Putin “Rus Den Syaopini”nə çevriləcək. Bu halda, o, Rusiyanın mövcud siyasi modelinin davamlı olmadığını və yeni bir sistem üçün çərçivə yaratmaq naminə ölkənin hər yerindən nümayəndələri “dəyirmi masa” ətrafında toplamaq fikrini qəbul edir. Nümayəndələr Putin dövrünün son iki ilini əhatə edən keçid dövrü üçün qaydalar müəyyənləşdirir, sonra Rusiya yeni bir siyasi dövrə girir.

Ya da, Boris Yeltsin kimi, Putin tükəndiyini bildirəcək və varisini irəli sürəcək.

Üçüncü ssenaridə, varis, Medvedev kimi, liberal ola bilər, dördüncü ssenaridə müdafiə sənayesinə nəzarət edən baş nazir müavini Dimitri Roqozin kimi mühafizəkar.

Bu son iki ssenaridə, varisin liberal və ya mühafizəkar olub-olmaması həqiqətən əhəmiyyətli deyil. Əhəmiyyətli olan yeni liderin iqtidarı əlində saxlaya bilməsidir. Nə Medvedev, nə də Roqozin mövcud sistemi olduğu kimi saxlaya bilməyəcəklər.Ancaq onların hər hansı islahatlar cəhdi köklü mənafelərə təhlükə törətməklə, mövcud hakimiyyət balansını qeyri-sabitləşdirəcək.

Üstəlik, Medvedev və ya Roqozinin FSB ilə əlaqələrinin necə olacağı aydın deyil.Ölkənin post-Putin dövründə də gizli polis siyasi həyata müdaxilə edə biləcəkmi?

Bu dörd ssenaridə ən çox hansı ehtimalın gerçəyə yaxın olduğu barədə danışmayacağam.

Hər halda, onların hamısı eyni sual doğurur: 2024-cü ildə Rusiya lideri yenə Putin olacaq, ya başqası?

Necə olursa-olsun, əmin ola bilərik ki, hər keçən gün Putin öz mövcud ekzistensial problemi ilə getdikcə daha çox məşğul olur: bəs sonra?

Sergey Aleksaşenko
“Project Syndicate”

Tərcümə “Strateq.az”-ındır

Əvvəlki yazı

Gizli kassa, 40 minlik psixotrop dərman, polisdən qaçış – Aptek rəhbərinin işi

Sonrakı yazı

Karate İdman növü üzrə yarışda gənc idmançımızın uğuru bizi sevindirdi-VİDEO/FOTO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.