Rusiya Prezidenti Vladimir Putin siqaret çəkmir və sağlam həyat tərzinin tərəfdarıdır.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat xidməti Dmitri Peskov Putinin siqaretə qarşı münasibəti barədə jurnalistlərə açıqlamasında deyib.
Kreml rəsmisinin sözlərinə görə, hazırda Putinin ətrafında demək olar ki, siqaret çəkən yoxdur:
“Olduqca az sayda siqaret çəkən qalıb, əldəki barmaqların sayından da az”.