“Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin Rusiya Federasiyasına yeni təyin olunmuş səfirləri ilə görüşündə deyib.
“Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq”, – Putin bildirib.
Nəzərə alsaq ki, 2020 və 2021-ci illərdə imzalananı üçtərəfli bəyanatların müddəalarına riayət etməyən Ermənistandır, onda Putinin bu açıqlamasını Paşinyana xəbərarlıq kimi də izah etmək olar.