Putin İranın yeni prezidenti ilə görüşə hazırlaşır.
İranın “İRNA” agentliyi məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, Kreml Rusiya prezidenti Vladimir Putinin oktyabrda iranlı həmkarı Məsud Pezeşkianla görüşəcəyini açıqlayıb.
Məlumata görə, görüş Rusiyanın Kazan şəhərində #BRİKS sammitində keçiriləcək.
Qeyd olunub ki, Zirvə Görüşündə iştirak edəcək ölkələr arasında İranla yanaşı Braziliya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya və BƏƏ də var.