03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Putin Avropa ölkələrini hədələdi:”ABŞ raketləri hara yerləşdirilsə, ora hədəfimizə çevriləcək”

25 Oktyabr 2018, 10:35
Siyasət
A A
Putin Avropa ölkələrini hədələdi:”ABŞ raketləri hara yerləşdirilsə, ora hədəfimizə çevriləcək”

Rusiya prezidenti Vladimir Putin deyib ki, əgər Birləşmiş Ştatlar Avropada ortamənzilli raketləri yerləşdirsə, onda Moskva bu raketlərin olduğu ölkələri hədəfləməli olacaq.

Putin bu bəyanatı oktyabrın 24-də, prezident Donald Tramp ABŞ-ın ortamənzilli raketlərə dair 1987-ci il müqaviləsindən çıxmaq niyyətini açıqlayandan sonra verib. Vaşinqton Rusiyanı bu müqavilənin şərtlərini pozmaqda ittiham edir.

İngiliscə qısaldılmış adı INF olan bu müqavilə Birləşmiş Ştatlara və Rusiyaya yerdən atılan ballistik və qitələrarası raketlərin istehsalını və yerləşdirilməsini qadağan edir. Bu raketlərin uçuş məsafəsi 500 kilometrlə 5500 kilometr arasında dəyişir. INF imzalandıqdan sonra ABŞ və SSRİ, əksəriyyəti Avropada olmaqla 2700 raketi ləğv etmişdilər.

Tramp və Ağ Evin oktyabrın 22-23-də Moskvada Putin və başqa Rusiya rəsmiləri ilə görüşmüş milli təhlükəsizlik müşaviri Con Bolton, habelə NATO müttəfiqləri Rusiyanın yerləşdirdiyi raketin bu müqaviləni pozmasından narahatlıq ifadə ediblər. Putin ümid etdiyini bildirib ki, ABŞ müqavilədən çıxdığı təqdirdə Avropada ortamənzilli raketləri yerləşdirməyəcək:

“Əgər bunlar Avropada yerləşdirilsə, biz təbii ki, müəyyən cavab verəcəyik”.

Putin İtaliyanın baş naziri Giuseppe Conte ilə görüşündən sonra keçirilən mətbuat konfransında daha sonra deyib:

“Buna razı olan Avropa ölkələri anlamalıdırlar ki, onlar öz ərazilərini mümkün cavab zərbəsi təhlükəsi qarşısında qoyurlar. Bunlar aşkar məsələlərdir. Mən başa düşə bilmirəm ki, biz Avropanı niyə belə bir ciddi təhlükə qarşısında qoymalıyıq. Mən buna bir səbəb görmürəm. Mən təkrar etmək istəyirəm ki, bu, bizim seçimimiz deyil. Biz bunu istəmirik”.

NATO-nun baş katibi Jens Stoltenberg oktyabrın 24-də deyib ki, o, hərbi alyans üzvlərinin, Vaşinqton və Moskva arasında ortamənzilli raketlərə dair müqavilənin pozulmasına dair iddialara cavab olaraq öz ərazilərində yeni nüvə silahlarını yerləşdirəcəklərini zənn etmir:

“Biz əlbəttə bunun NATO müttəfiqlərini, Rusiyanın yeni raketlərindən təhlükəsizliyimizi və Rusiyanın davranışınınecə təsirləndirə biləcəyini qiymətləndirəcəyik. Lakin mən düşünmürəm ki, NATO müttəfiqləri Rusiyanın yeni raketinə cavab olaraq öz ərazilərində daha çox nüvə silahı yerləşdirəcəklər”.

Putin Rusiyanın INF müqaviləsini pozması barədə Trump-ın iddialarını rədd edib və ümid etdiyini bildirib ki, o bu məsələni Trump-la hər ikisinin iştirak etdiyi Paris yadetmə mərasimində müzakirə edəcək. Orada noyabrın 11-də Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ildönümü qeyd olunacaq.

Putin deyib: “Biz amerikalı partnyorlarımızla heç bir qaraqışqırıq olmadan işləməyə hazırıq. Ən əsası bundan sonra qəbul olunacaq qərarlardır”.

(Azadlıq radiosu)

Əvvəlki yazı

Məmur olmaq istəyən 1456 nəfər imtahan verəcək –DİM-dən xəbərdarlıq

Sonrakı yazı

DTX-nın həbs etdiyi gömrük əməkdaşının kassasiya şikayəti təmin edilməyib

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.