Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyini açıqlayıb.
Görüş təklifinin Rusiya tərəfindən verildiyini deyən baş nazir Paşinyan “Ermənistan qəbul etdi. Görüşün mayın 25-də Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılır.
AZƏRBAYCAN, RUSİYA VƏ ERMƏNİSTANIN XARİCİ İŞ NAZİRLƏRİ SABAH GÖRƏCƏK
Sabah Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan üçtərəfli görüş keçirəcək. Nazir Bayramov bu gün Rusiyaya işgüzar səfərə gəlib.
Bayramovun səfəri çərçivəsində sabah Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların aparılması planlaşdırılır.