19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“PROKUROR MƏNİ ŞANTAJ EDİR: 5 MİN VERMƏLİSƏN…” – Məktəb direktorundan Zakir Qaralova ŞOK müraciət

03 Mart 2019, 15:42
Seçmə
A A
“PROKUROR MƏNİ ŞANTAJ EDİR: 5 MİN VERMƏLİSƏN…” – Məktəb direktorundan Zakir Qaralova ŞOK müraciət

 

““Sən cinayətkarsan, yerində deyilsən, səni türmə gözləyir” kimi sözlərlə öz işçilərimin yanında məni təhqir elədi”

Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Rzayev Elnur Əlisalam oğlu sosial şəbəkələr vasitəsilə baş prokuror Zakir Qaralova sözün əsl mənasında heyrət doğuran bir müraciət ünvanlayıb.

“AzPolitika.info”nun məlumatına görə, məktəb direktoru Saatlı rayon prokuroru Kamran Əhmədovun şantaj və rüşvət tələbləri ilə üz-üzə qaldığını bildirib, baş prokurordan kömək istəyib.

E.Rzayevin baş prokurora ünvanlanmış şikayət ərizəsini olduğu kimi təqdim edirik:

“Yazib Sizə bildirirəm ki, rəhbərlik etdiyim Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbində 7 nəfər ibtidai sinif müəllimi, 4 sinif komplekti var. Müəllim sıxlığı ilə əlaqədar dərs bölgüsündə çətinliklər yaranır. Eyni zamanda mövcüd təlimata əsasən, müəllimlərin dərs yükü onların Diaqnostik qiymətləndirmə nəticələrinə uyğun bölünməlidir.

Tədris ilinin əvvəlində, təlimat nəzərə alınmaqla, müəllimlər arasında dərs bölgüsü aparmışdıq. Lakin Saatlı rayon prokuroru Kamran Əhmədov cənabları məni çağıraraq bildirdi ki, sizin məktəbdə mənim qohumum var, onun dərs yükünü artırın. Mən vəziyyəti izah etməyə çalışdım ki, bizdə müəllim sıxlığı var. Keçən il prokurorun tapşırığı ilə həmin müəllim 32 saat dərs apardığı halda digər müəllim 6 saata işləyirdi. Təbii ki, bu da həm pedaqoji kollektiv, həm də ictimaiyyət arasında narazılığa səbəb olurdu. Bu il də həmin narazılıq olmasın deyə müəllimlər arasında bərabər dərs bölgüsü aparmağa çalışdım. Lakin yenə də məni prokurorluğa çağırıb, “Səni həbs edərəm, digər direktora söz dedim eləmədi və ona 11 il iş verdirdim, səni də onun gününə salacam” kimi, şantaj xarakterli sözlər söylədi.

Sonra məndən 5 min manat pul istədilər. Mən də bildirdim ki, imkanım yoxdur və o pulu verə bilmərəm. Bundan sonra guya məktəbdən digər bir müəllim dərs bölgüsü ilə əlaqədar prokurorluğa müraciət etdi. Kamran Əhmədov cənabları yenə də məni çağırıb rəhbərlik etdiyim müəllimlərin yanında “sən cinayətkarsan, yerində deyilsən, səni türmə gözləyir” kimi sözlərlə öz işçilərimin yanında məni təhqir elədi. Həmin müəllimin ərizəsinə əsasən ilkin araşdırma aparıldı. Müəllimlərin və şagirdlərin izahatı alındı. Ancaq izahat verməyə gedən müəllimlər bildirdilər ki, orada bizə təzyiq edirdilər ki, izahatı direktorun əleyhinə verin, onsuz da onu tutacağıq. İlkin araşdırma zamanı həm müəllimlərin izahatı, həm şagirdlərin izahatı, həm də Saatlı RTŞ-nin izahatı alındı və prokurorluğun gözlədiyi qanunsuzluqlar üzə çıxmadı. Təbii ki, bununla razılaşmadılar.

Kamran

Kamran Əhmədov

Yenə də məni çağırdılar ki, o pulu verməsən Maliyyə Nazirliyindən yoxlama çağırıb, sənin 7 illik fəaliyyətini yoxlayıb tutacağıq. Mən də bildirdim ki, göndərin, mən heç bir qanunsuz iş tutmamışam ki, məni tutalar. Ancaq prokuror bildirdi ki, onsuz da yoxlama gələndə onların qalmağı, yemək pulu və s. kimi xərclər səndən çıxacaq, elə o pulu ver bizə göndərməyək. Həmin vaxt Baş Prokuroluğun qəbul şöbəsinə gəldim, orada bir xanım prokuror (adını bilmədim) məni qəbul elədi və məsələni ətraflı şəkildə şifahi olaraq ona danışdım. O isə bildirdi ki, inanmıram bir rayon prokuroru pul almaqdan ötrü belə bir varianta əl atsın. Əgər belə bir şey olarsa, onda Siz yazılı şəkildə müraciət edərsiniz, məsələni araşdırarıq…

Sonra Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfində məktəbdə yoxlama aparıldı. Yoxlamağa gələn müfəttişlər çox qərəzli idilər. Mən bunun səbəbini soruşanda onlar qeyd etdilər ki, biz bura Kamran Əhmədovun tapşırıqı ilə gəlmişik və nəsə tapmalıyıq.

Beləliklə, müəllimlərin və şagirdlərin izahatı alındı. Sonra məlum oldu ki, dərsdənkənar məşğələlərin araşdırılması zamanı şagirdlərə tamam başqa suallar verilib, lakin izahatları başqa cür yazdırılıb. Sonra məktəbdə mövcud olan fizika və kimya laboratoriyalarının avadanlıqla guya tam təchiz olunmamasını əsas gətirərək, guya mən qəsdən dövlət əmlakını talamışam deyə cinayət işi başlamaqla, məni hədələməyə başladılar. Halbuki, laborant öz izahatında qeyd edib ki, o, vaxtı-vaxtında işə gəlib və əmək haqqını da özü alıb.
Onu da qeyd etməliyəm ki, məktəbə yoxlama göndərilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, həmin qərarın surəti mənə göndərilmədi.

Məni narahat edən bu yoxlama deyil. Lakin bir rayon prokurorunun bu vəziyyətə düşməsi, məqsədli şəkildə yoxlama göndərib, “ya pul verməlisən, ya da tutulacaqsan” deməsidir ki, məncə bu – Cənab Prezidentimizin qeyd etdiyi kimi, dövlətimizə qarşı xəyanətdir!

zakir-qaralov

Mümkünsə bu yoxlama yenidən komissiya şəklində gəlsin və bu komissiyanın tərkibində həm Təhsil Nazirliyinin, həm Maliyyə Nazirliyinin, həm də prokurorluğun nümayəndəsi olsun. Çünki belə olan halda prokuroluğun qərəzli mövqeyini müdafiə edən bir nəfərin yoxlama aparmasındansa komissiyanın yoxlaması daha obyektiv olar.

İndi mənim bir çıxış yolum qalıb ki, belə şantajla işləməkdənsə hansısa xarici ölkədən sığınacaq istəyim və köçüm gedim. Belə məmurlarınn əlindən bu ölkədə nə işləmək mümkündür, nə də yaşamaq…”

Qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Elnur Rzayevin şikayətinin xüsusi qaydada araşdırılacağını bildirib.

Saatlı Rayon Prokurorluğunun və şəxsən Kamran Əhmədovun mövqeyini işıqlandırmağa hazırıq.

V.Nəsibov
AzPolitika.info

Əvvəlki yazı

Tahir İmanov:”Afaq Bəşirqızının cəsarətli çıxışından sonra mən də qərara gəldim ki, dəridimizi söyləyim”

Sonrakı yazı

İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasında – FOTO

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.