08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Professor: “Sərt karantin qayıda bilər”

15 Sentyabr 2020, 09:26
Sosial
A A
Professor: “Sərt karantin qayıda bilər”

Son bir həftədə Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayında artma müşahidə olunurdu.  Məsələn, 13 sentyabrda yoluxma sayı 155 olub. Halbuki ondan bir gün əvvəl, yəni 12 sentybarda bu rəqəm 135 olub. Sentyabrın 7-də isə ölkəmizdə cəmi 89 nəfərdə yoluxma faktı aşkar edilmişdi. 

Sentyabrın 14-də isə Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.

Ölkədə son sutka ərzində 3630, hazırkı dövrədək isə 1013108 test aparılıb.

Mövcud vəziyyətə görə sərt karantin rejimi yenidən tətbiq oluna bilərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, ötən bir neçə gündə yoluxma sayının artmasının əsas səbəblərindən biri vətəndaşların qaydalara məsuliyyətsiz yanaşması ilə bağlıdır:

“Son günlər diqqət edirik ki, ictimaiyyətdə tibbi maska ilə gəzənlərin sayı xeyli azalıb, hətta bəzən sayları barmaq sayı qədər olur. Digərlərində isə maska çənənin altında, ağız-burun açıq olur.

İndi təsəvvür edin ki, bir azdan böyük ticarət mərkəzləri də açılacaq, ictimai nəqliyyata olan tələbat daha da artacaq. Lakin qeyd etdiyim kimi, vətəndaşlar məsələyə ciddi yanaşmaq istəmirlər.

İctimai nəqliyyatdakı səhlənkarlıq da göz qabağındadır. Ümumiyyətlə, qeyd edim ki, karantin dövründə ən zəif fəaliyyət ictimai nəqliyyatla bağlı oldu. İctimai nəqliyyata nəzarət qənaətbəxş deyil.

Əlbəttə ki, sosial həyat fəallaşdıqca insanların təması artır və yoluxmaların da artma şansı çox olur. Ona görə də qapalı məkanlarda karantin qaydalarına ciddi əməl olunması çox vacibdir. Həmçinin açıq havada olsa belə insanların sıx olduğu yerlərdə də qaydalara riayət etmək lazımdır.

Getdikcə koronvirus zəifləməyə başlayıb. Bir qədər də dözüb, məsuliyyətli yanaşmaq lazımdır.

Beləliklə, artma sayı daha da artsa, sərt karantin rejimi yenidən geri qayıda bilər. Bunun da baş verməməsi üçün vətəndaş məsuliyyəti tələb olunur”.

Qeyd edək ki, artıq bir çox dünya ölkələrində sərt karantin qaydaları yenidən geri dönməkdədir. Məsələn, son olaraq İsraildə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verilib.  Məlumata görə, məhdudiyyətlər 18 sentyabr saat 14:00-dan qüvvəyə minəcək və sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək. Bundan başqa, restoran, hotel, idman salonları və hovuzlar bağlanacaq.

Həmçinin Avropanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyədə bir sıra məhdudiyyətlər yenidən tətbiq edilməyə başlayıb.

Əvvəlki yazı

AXCP və Müsavata Tofiq Yaqublu qınağı – Açıqlama

Sonrakı yazı

Mehdiyevin fantastik biznes imperiyası çökdürülür? – Siyahı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.