13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Professor Qulu Məhərrəmli yazır:”BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…”

02 May 2018, 01:07
Cəmiyyət
A A
Professor Qulu Məhərrəmli yazır:”BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…”

Qulu MƏHƏRRƏMLİ

 

“Bir ölkədə yaltaqlığın qazancı dürüstlüyün qazancından artıq olarsa, həmin ölkə batar”.
Şarl Lui Monteskyö

“…Yurdu bürümüş qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq!”
Hüseyn Cavid

 

“Yaltaq” sözünü oxuyan kimi, təbii ki, dərhal xəyalınıza tanıdığınız, ekranlarda gördüyünüz yaltaq sifətlər gələcək. Gözünüzün önündən öz işinin xatiri üçün alçalaraq yalan danışan, kiminsə şəninə təmənnalı təriflər deyən, utanmadan həqiqəti təhrif edən, xüsusən vəzifəli şəxslərin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan bir xeyli yaltaq adam gəlib keçəcək. Əlbəttə, bu məsələdə fantaziyaya xüsusi güc verməyə gərək yoxdur, bədbəxtlikdən indi yaltaqların sayı o qədər çoxalıb ki, sanki gözümüzün qabağında qaynaşırlar. İş yerində, qonşuda, televiziya ekranlarında, sosial şəbəkələrdə, demək olar ki, hər gün rəngarəng yaltaqlara, üzü bu yolda bərkimiş vücudlara rast gəlirik.

Təbii ki, bütün normal insanlarda ikrah hissi doğuran ən peşəkar yaltaq da sözün mənfi yükünə görə özünü bu əməlin sahibi hesab eləmir. Amma hara qaçsan da, bu hərəkətin adı “yaltaq” kəlməsində həkk olunub. Bütün sözlüklərdə, o cümlədən Azərbaycan dilinin izahlı lüğətində də “yaltaqlıq”ın mükəmməl izahı verilib, bu əməl “öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, onu riyakarcasına tərifləmə” kimi səciyyələndirilib. Yəni hörmətli Tağı müəllim demişkən, burada burcutmağa yer yoxdur: sən şəxsi maraq güdərək nəyisə və kimisə yalandan tərifləyirsənsə, onu layiq olmadığı şəkildə öyürsənsə, öz təmənnan üçün həqiqəti tapdalayıb riyakarlıq edirsənsə, YALTAQSAN!

* * *

Azərbaycan cəmiyyəti üçün yaltaqlıq yeni şey deyil, məşhur “Şərq yaltaqlığının” bir qolu kimi hələ qədimdən insanların şüuruna və psixologiyasına hopub. Yaltaqlıq saray əxlaqının bir elementi və “dadlı zəhər” kimi uzun əsrlər boyu içimizdə yaşayıb. Sovet dövründə də bu, çoxlarının çörək ağacı olub. Amma müstəqillik illərində yaltaqlıq bizdə görünməmiş bir miqyas alıb. Bəlkə onun “çiçəklənməsi” üçün daha əlverişli şərait yaranıb, bəlkə yayım vasitələri çoxaldığından indi yaltaqlıq və onun “naibləri” daha çox gözə girir. Təbii, bunun səbəblərini hərə bir cür yoza bilər, amma danılmaz faktdır ki, yaltaqlıq cəmiyyətdə təhlükəli sosial bəlaya çevrilib və əxlaqı ciddi şəkildə zədələməkdə davam edir.

Hərdən adama elə gəlir ki, bu gün bütün sahələrdə — mediada, təhsildə, mədəniyyətdə, siyasətdə və s. əməlli-başlı yaltaqlar ordusu yetişib. Görün, ətrafımızda çörəyi yaltaqlıqdan çıxan, ictimai sferada təlxəyə çevrilmiş nə qədər zəhlətökən yaltaq sürüsü var. Aralarında akademikdən tutmuş müəllimə kimi ütülü danışan oxumuşa da, xüsusi istedad və fəhmlə nitq irad edən təhsilsiz pambıqçıya da də rast gələrsiniz. Təbii ki, savadı olan, necə deyərlər “intellektual yaltaqlar” daha qorxuludur, çünki onlar bəzən mötəbər görünərək adamları, qısa müddətə olsa da, yalanlara inandıra bilirlər. Bunlar bir parça çörək və mənsəb üçün və ya sahib olduqlarını əllərində saxlamaq naminə nə oyundan çıxır, hansı yalanları uydurur, həqiqəti necə tapdalayır, ana dilimizin ən gözəl və ülvi sözlərinə necə divan tuturlar – bunu bir Allah bilir.

Şübhəsiz ki, yalmanaraq tikə qazanmağa, mövqeyini qorumağa çalışan yaltaq adam əxlaqsız, ikiüzlü, hiyləgər, əsl buqəlamundur. İslam peyğəmbəri “yaltaqların gözünə torpaq sovurun” deyə cəmiyyəti bu adamlardan uzaq durmağa çağırırdı. Çünki bu adamlar ictimai mühit üçün təhlükədir, sağlam düşüncə və əxlaq üçün qrip virusu qədər qorxuludur. Bu yerdə insanlıq adına ləkə olan həmin çağdaş yaltaqları “vəsf” edən böyük şairimiz Musa Yaqubun misraları yadıma düşür:

Yalmana-yalmana tikə qazanan,
Ah, bu it payına ortaq adamlar!
Tülküyə ayrılmış ruzudan yeyir,
Bu hiylə adamlar, yaltaq adamlar.

Bəli, əxlaqı ayaqlar altına salan yaltaqlar o kəslərdir ki, umacaqlı gözləri həmişə yalandan tərif etdikləri ixtiyar sahiblərinin süfrəsindədir. Həmin umacaq onlar üçün həyat və yaşayış stimuludur, onun xatirinə utanmadan hər cür alçaqlığa və yaramazlığa getməyə hazırdırlar. Yəni bu adamlar vicdan və əxlaq sarıdan axsayanlardır, əslində onlar üçün heç əxlaq və abır-həya anlayışı da yoxdur. Olsaydı, zatən niyə yaltaqlıq edirdilər ki?!

* * *

Xalq arasında yaltaqlığın “ona-buna yarınmaq” kimi tutarlı adı var. Və bu yarınmaq birbaşa nəfsin təhriki ilə, qazanmaq üçün olur. İnsan ləyaqətini alçaldan bu üsulla qazanmaq əxlaqa zidd olduğundan normal cəmiyyətlərdə yaltaqlıqla əxlaq bir arada yaşaya bilmir. Çünki yaltaqlıq əxlaq və mənəviyyat üçün gizli düşməndir. Bu qorxulu düşmən yaşayarsa və cəmiyyəti idarə edənlər yaltaqlığa rəvac verib ondan zövq almağa başlayarlarsa, o zaman insan şərəfi və ləyaqət deyilən dəyər həmişə ayaqlar altında tapdalanar.

Sağlam cəmiyyət həmişə yaltaqlığa qarşı olub, çünki yalan və riyakarlıqdan qidalanan yaltaqlıq, ilk növbədə cəmiyyətin minillik dəyərlərinə və ictimai əxlaqa zərbə vurur. Yaltaqların tirajladığı yalanlar mahiyyət etibarilə beyinləri dumanlandıra, gerçəyi təhrif edə, insanları doğru yoldan azdıra bilir. İngilislərin dahi Şekspir qədər dəyər verdikləri Con Milton hələ XVII əsrdə “Mətbuat azadlığı” (“Areopagitika”) əsərində Britaniya parlamentinə müraciət edərək deyirdi ki, yerində olmayan tərif yaltaqlıqdır, şəxsi təmənna üçün yalan danışıb yaltaqlıq etmək, həm də ölkənin bu günü və gələcəyi üçün təhlükəlidir. Məncə, Miltonun bu xəbərdarlığı yaltaqlıq girdabında çabalayan bizim kimi cəmiyyətlər üçün hələ də öz aktuallığını saxlayır…

Ayna.az

Əvvəlki yazı

Paşinyanın baş nazir postuna namizədliyi yenidən irəli sürüləcək

Sonrakı yazı

MUXTAR BABAYEV DEPUTATLARA QONAQLIQ VERDİ-NAZİR TƏYİN EDİLDİYİNƏ GÖRƏ

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.