13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Professor: “Bu siyasət ayrı-ayrı məmurların ailəsinə xidmət edir”

17 Sentyabr 2020, 09:51
Gündəm
A A
Professor: “Bu siyasət ayrı-ayrı məmurların ailəsinə xidmət edir”

Azərbaycanda internet televiziyalarının bir bumu başlanıb. Bunun peşəkarlıq, rəqabətlilik baxımdan nə dərəcədə pozitiv olduğunu birmənalı söyləmək çətindir, lakin tək reallıq var – həmin efirlərdə siyasətə, tənqidə geniş yer verilir.

İstər Musavat TV-nin, istər Xural TV-nin, Reaksiya TV-nin, istərsə digər internet kanallarının canlı yayımları, debatları, hər birində qızğın polemikalar gedir, fərqli fikirlər, tənqidlər eşidilir.

Bu müzakirələrdə hakimiyyətlə eyni mövqedə olmayan siyasətçilərə efir verilməsi isbat etdi ki, siyasətin televiziyaya gəlməsi heç də qorxulu deyil. Əksinə, cəmiyyətdə atomlaşan gərginliyi boşaldır, canlı efirdə deyilən sözlər insanların ürəyindən “tikan çıxarır”. Habelə, bu halda insanlar qeyri-sağlam, dövlət əleyhinə yönələn, xaricdən idarə olunan, yayımlanan tv-lərə deyil, məhz sağlam tənqidçilərə tamaşa etməyə üstünlük verirlər.

O baxımdan tənqidin, siyasətin, müxalif fikirli siyasətçilərin efirlərə daşınmasında hakimiyyət üçün hər hansı qorxulu məqam yoxdur.

Necə ki, 90-cı illərdə, o cümlədən 2000-ci illərin əvvəllərində müxalifət partiyalarının sədrləri AzTV, ANS, Space kimi telekanallarda çıxış edirdilər.

Amma indi internet televiziyalarına siyasətin gəlməsini ənənəvi telekanallarda görmürük.

Televiziyanın radio, qəzet, portaldan fərqli olaraq, kütləvi baxılan informasiya məkanı olduğunu nəzərə alsaq, siyasətin efirə gətirilməsinə ciddi zərurət var.

Futbol termini ilə desək, bu gün internet TV-lər ənənəvi telekanalları driblinq üslubu (önündəki rəqibi sürətli və uğurlu manevrlə ötmək) ilə keçib gedirlər.

Telejurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat” bildirdi ki, bu gün televiziyaların auditoriyasının daralmasının bir səbəbi də ekranlarda ictimai müzakirə proqramlarının az olması, diskussiyalarda müstəqil düşüncə sahiblərinin, siyasi partiya təmsilçilərinin, tənqidçilərin iştirak etməməsidir.

Professorun fikrincə, vaxtilə telekanallarda bu kateqoriyalı insanlar görünürdü, fikir mübadiləsi aparılırdı, səslənən fikirlər subyektiv ola bilirdi: “Amma tamaşaçı baxırdı, nəyin doğru, nəyin yanlış olduğunu təhlil edirdi. Bu gün birtərəfli qaydada təbliğatın aparılması media siyasətinin ən ciddi nöqsanlarından biridir. İnternetə qonşuluq şəraitində televiziyaların uduzmasının əsas səbəbi həmin seqmentin onlayn TV-lərdə görünməsidir.

Bu gün internet televiziyalarında bir bum yaşanır, efirə çıxışı qadağan olunmuş siyasətçilər, partiya sədrləri canlı yayıma qoşulurlar, fikirlərini cəmiyyətə çatdırırlar.

Onlar mütləq həqiqətin daşıyıcısı deyillər, amma müəyyən toplumun istəklərini çatdırırlar, ifadə edirlər.

Bununla auditoriyanın rəğbətini qazanırlar, həm də yutub kanallarının populyarlaşmasına xidmət edirlər. Ona görə bizim media siyasətini aparanlar bunu dərk etməlidirlər”.

Q.Məhərrəmli ictimai müzakirə proqramlarının sayının artırılmasının vacibliyini vurğuladı: “Bu gün İctimai Televiziyada bu tendensiya gedir. Arzu edərdim ki, daha geniş spektrdə ifadə olunsun.

Anlamaq lazımdır ki, bu adamlar cəmiyyət üçün təhlükə deyil. Kimlərin təhlükə olmasını cəmiyyət yaxşı görür.

Aydın görünür ki, tənqidi söyləyənlər dövlətə, hakimiyyətə təhlükə deyil. Əksinə, təhlükəli vəzifə tutub büdcə oğurluğu ilə məşğul olanlardır. Bu mənada televiziyalarda pəncərələri geniş açmaq lazımdır.

Ən kəskin tənqidçilərin efirə çağırılması işin xeyrinədir. Bu, gərginliyi azaldır, fikir müxtəlifliyini əks etdirir. Mən arzu edərdim ki, bu məsələləri nəzərə alsınlar. Biz media siyasətinə yenidən baxmalıyıq. Bu media siyasətini özünün qazanc yerinə çevirənlərə yaxa qurtarmaq imkanları açır. Biz gördük ki, bu siyasət zərərlidir, yanlışdır, müstəqilliyin möhkəmlənməsinə xidmət etmir, ayrı-ayrı məmurların ailəsinə, maraqlarına kömək edir”.

Əvvəlki yazı

Təcili: Qurban Məmmədov saxlanıldı – Türkiyədə…

Sonrakı yazı

Zahid Orucun sensasion yazısına – Reaksiyalar

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.