07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər

12 Mart 2018, 09:24
Sosial
A A
Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər

Optimal həll düsturu: zərərdən hər dollara görə 30 qəpik vətəndaş, 30 qəpik dövlət banka versin, 30 qəpiyi isə bank bağışlasın…

“Əhali və banklar üzərində böyük yükə çevirilmiş problemli kreditlər məsələsinin həll olunacağına ümidlər artıb”. Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov səsləndirib.

Deputat  2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən danışarkən bildirib ki, ölkə prezidenti tərəfindən daxil olan təklif Milli Məclisdə qəbul olundu və sığorta amnistiyasına gedildi. Amnistiyaya əsasən, 382 milyon manat borc faktiki olaraq silindi”.

V.Əhmədovun sözlərinə görə, ölkə başçısının bu humanist addımlarının davamı kimi problemli kreditlərlə bağlı da qərar verilməlidir: “Çünki 2015-ci ilin devalvasiyalarından sonra əhali kommersiya banklarından dollarla götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir, əksəriyyət isə qaytara bilmir”.

Deputat deyib ki, hazırkı iqtisadi vəziyyət problemli kreditlərin həll edilməsinə imkan verir: “Devalvasiyadan sonra yaranmış iqtisadi gərginlik səngiyib, aktivlik artıb, manatın məzənnəsi sabitləşib. Deməli, poblemli kreditlər məsələsinə baxmaq olar. Biz də ona görə həm parlementdə çıxışlar zamanı, həm də mətbuat vasitəsilə məsələyə baxması üçün cənab prezidentdən xahiş etdik. Həmkarım Əli Məsimli ilə birlikdə hazırladığımız 14 səhifəlik təkliflər paketinə də hələlik baxılmayıb. Sığorta aminstiyasının davamı olaraq, dollarla götürülən kreditlərə baxılmalıdır. Ümid edirik bu məsələ də müsbət nəticələnəcək”.

V.Əhmədovun sözlərinə görə, bank sistemini sağlamlaşdırılmasının əsas yollarından biri də vaxtı keçmiş kreditlərin geri qaytarılmasıdır: “Bu məsələlər həll edilməlidir ki, banklar sıfırdan başlasın. Zərərlə işləyən, kapital çatışmazlığı, likvidlik problemləri olan banklar çoxdur. Bütün bunları nəzərə alaraq, məsələlərə baxılacağına böyük ümid bəsləyirik. Bu gün məhkəmələrdə baxılan işlərin çoxu problemli kreditlərlə bağlıdır. Minlərlə yox, on minlərlə məhkəmə çəkişməsi var. İnsanlar krediti ödəyə bilmədiklərinə görə məhkəmələrə cəlb olunur. Bizim özümüzə yüzlərlə belə müraciət daxil olur”.

Bu il fevralın 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 695,9 milyon manatdır. Bəs görəsən, problemli kreditlər məsələsinin həlli mexanizmi necə olacaq? Söhbət borcların tam olaraq dövlət tərəfindən bağışlanmasından, yoxsa zərərin tərəflər arasında bölüşdürülməsindən gedir? Hazırkı dövrdə dövlətin bunun üçün kifayət qədər imkanları varmı?

Əkrəm Həsənov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov deputatların təkliflərini müsbət qiymətləndirdi: “Bu, çox yaxşı təklifdir, vaxtında səsləndirilmiş bir fikirdir. Çünki həm qarşıdan gələn Novruz bayramı, həm Cümhuriyyətin 100 illiyi ərəfəsindən belə bir addım atıla bilər. Eləcə də prezident seçkisi ərəfəsidir və ölkə tarixində yeni bir mərhələ, yeni bir siyasət  başlayır. O baxımdan problemli kreditlərin bağışlanması yaxşı bir hadisə olardı. Bu həm əhali, həm sahibkarlar, həm də bank sistemi üçün müsbət rol oyana bilərdi. Lakin burada əsas məsələ, söhbətin hansı məbləğdən getdiyi, amnistiyanın kimlərə şamil ediləcəyi və mexanizmin necə olacağıdır.

Əgər dövlətin sosial sığorta borclarının bağışlanmasından söhbət gedirsə, bu zaman həmin vəsait dövlətə çatmayacaq. Ancaq vətəndaşların banklar qarşısındakı borclarından söhbət gedirsə və dövlət onu bağışlayırsa, deməli, həmin vəsaitləri banklara özü verməlidir. Bu pul dövlətdən çıxmalıdır.  O baxımdan ciddi hesablama aparılmalıdır ki, belə bir qərar verilsə, dövlət büdcəsindən nə qədər pul çıxacaq, dövlətin bu qədər pulu varmı? Aydın məsələdir ki, dövlət bütün borcları ödəyəsi deyil. Bu, heç doğru bir addım da olmazdı. Çünki bir vətəndaş olaraq mənim heç bir banka borcun yoxdur, vergi ödəyirəm. Nəyə görə mənim və digər vətəndaşların vergiləri hesabına formalaşan dövlət büdcəsindən kiminsə borcları bağışlanmalıdır. Ən azından mən onun mexanizmini bilmək istərdim”.

Ekspertin sözlərinə görə, hazırda dövlətin bütün borcları bağışlayacaq qədər pulu da yoxdur: “Nəzərə alsaq ki, söhbət əsasən dollar borclarından gedir, hesab edirəm ki, burada sahibkarlara güzəşt edilməli deyil. Hazırda sahibkarlara, hüquqi şəxslərə borclarını qaytarmadıqları üçün heç kim heç nə etmir. Ancaq, əlbəttə, kreditin təyinatı üzrə istifadə edilməməsi və sair məsələlərdə cinayətlər olubsa, onsuz da qanunvericilik həmin sahibkarları cinayət məsuliyyətinə cəlb etməyə imkan verir. Problemli kreditlərin bağışlanması və ya güzəştlərin tətbiq edilməsi məhz əhalinin xarici valyutada olan borclarına aid olmalıdır. Yaranmış məzənnə fərqinin 3 tərəf arasında bərabər bölüşdürülməsini bir çox ekspertlər təklif edib və mən də o təkliflə razıyam. Əksər borclular dollar kreditini 0.78 məzənnəsi ilə götürüblər, bu gün isə dollar 1.70 manatdır. Deməli fərq 92 qəpikdir, yuvarlaq desək 90 qəpik. Bu 90 qəpiyi 3 bərabər hissəyə bölmək olar. Yaranmış zərərdən hər dollara görə 30 qəpiyini vətəndaş verməlidir, 30 qəpiyini dövlət banka kompensasiya etməlidir. Yerdə qalan 30 qəpiyini isə bank öz üzərinə götürməlidir və bağışlamalıdır. Ancaq aydındır ki, dövlət bunu bankdan tələb edə bilməz, yalnız tövsiyə edə bilər. Ancaq mən güman edirəm ki, cənab prezident belə bir tövsiyə versə, heç bir bank buna qarşı çıxmaz, əməl edər”.

Ə.Həsənovun sözlərinə görə, dövlət o halda vətəndaşın borcunun bir hissəsini ödəyə bilər ki, borclu təklif olunan məzənnə ilə kreditini bağlamış olsun: “Sadəcə, bir nüans hesablanmalıdır ki, bu güzəşt hansı həddədək olan borclara  şamil edilməlidir? Bəziləri bu rəqəmin 10 min, bəziləri 20-30 min dollar olmasını təklif edir. Bununla bağlı dövlət qərar qəbul etməlidir ki, hansı həddədək borclara bu cür güzəştlər tətbiq etməyə gücü çatacaq. Bunu biz ekspertlər deyə bilmərik. Burada önəmli bir məqam da var. Dövlət o halda borcu kompensasiya edə bilər ki, vətəndaş borcu tam bağlamış olsun. Məsələn, vətəndaş krediti 0.78 məzənnəsi ilə götürmüşdü, indi təklif edirlər ki, gəl həmin borcu 1.10 manatdan bu borcu bağla. O borcu hissə-hissə aylara bölürlər, vətəndaş borcu tam  ödədikdən sonra dövlət qalan 30 qəpiyi kompensasiya etməlidir. Bu şərt çox vacibdir. Çünki biz bilirik ki, əhalidə xeyli kreditlər var ki, onlar faktiki olaraq batıb. Onların qaytarılması ümidsizdir. Çünki həmin vətəndaşlar hətta dolları 50 qəpikdən də ödəməyə qadir deyillər. Belə olan halda onların borcları  tam silinməlidir. Bunun üçün prezident fərmanına da ehtiyac yoxdur. Bugünkü qanun da bunu deyir ki, ödəyə bilməyən vətəndaşların borcu silinməlidir. Bundan daha çox banklar udur. Onlar faktiki ümidsiz  olan kreditlərin bir hissəsini faktiki olaraq qaytarmış olurlar. Halbuki o cür kreditlərin verilməsinə görə banklar özü də məsuliyyət daşıyır. O baxımdan belə bir sərəncam verilsə, yaxşı olar. Dəqiq məbləğ müəyyən edilməlidir ki, hansı həddə qədər olan kreditlərə güzəştlər şamil olunacaq. Vətəndaş güzəştli məzənnə ilə borcu tam bağladıqdan sonra dövlət öz üzərinə düşən hissəni banka ödəməlidir. Bank da öz növbəsində payına düşən hissəni vətəndaşa bağışlamalıdır”.

Əvvəlki yazı

KQB-nin Qorbaçova açmadığı sirr: Xainlər üçün “zəhər fabriki”

Sonrakı yazı

Namizədliyi verilən şəxslər üçün verilən müddət bu gün bitir…

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.