Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Müasir Müsavat Partiyasının apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Partiyanın nazmizədi Hafiz Hacıyevin seçki qərargahından verilən məlumata görə, 30 mart saat 11-00 da Gəncə şəhərində Gəncə Dövlət Filarmoniyasında seçicilərlə görüş keciriləcək.
Aprelin 3-də saat 11.00-da Sumqayıt şəhərində N.Nərimanov adına kinoteatrda görüş baş tutacaq.
Bundan əlavə, aprel 7-də saat 12.00-da Bakının Nərimanov rayonunda Həsənbəy küçəsi 2 ünvanda seçicilərlə növbəti görüş keçiriləcək.