25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentin Xankəndi nümayəndəsi: Elçin Yusubovu təhdid edənlər kimdir – VİDEO

13 May 2024, 11:06
Banner
A A
Prezidentin Xankəndi nümayəndəsi: Elçin Yusubovu təhdid edənlər kimdir – VİDEO

Əmlak Məsələləri Dövlət Xidmətində ciddi kadr islahatları gözlənilir. Belə ki, Xidmətdə köhnə ənənələrə sadiq qalan məmurların vəzifədən uzaqlaşdırılacağı gözlənilir. Burda xidmət rəisindən daha çox digər fiqurlar söz sahibinə çevrilib.  Bununla bağlı ALFA.TV xəbər verir ki, 2020-ci ilin mayında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən, bu gün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs vəzifəsini tutan Yusubov Elçin Mustafa oğlu xidmət daxilində böyük bir şəbəkə yaradıb və yeri gəldikdə cənab Eynullayevə də güc göstərə bilib.

Elçin Yusubov Xidmətdən getsə də həmin komanda yenə də öz fəaliyyətindədir. Bu sırada xüsusi aktivliyi ilə fərqlənən şəxs isə Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir.

Məhz həmin iş adamı ilə birgə Novxanıda yerləşən “Metallurq” düşərgəsində qaçqınları məskunlaşdığı ərazinin qeyri qanuni zəbti Bəşirov üçün ciddi problemlər yaradıb. Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır.

ALFA.TV-nin məlumatına əsasən Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. O, əslən Şəmkirin Zəhim kəndindəndir, o, nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb və rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib.

Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır . Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir.

Xidmətdə öz hökmranlığını yaradan digər bir şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyevdir. Bu qurumda çoxdan çalışması səbəbi ilə özünü Əmlak Məsələləri Dövlət Xidmətinin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir. Maraqlıdır ki, gecə-gündüz fərdi maraqları üçün çalışan İlqar Həbiyev həm də siyasi intriqa ustası və daha yüksək vəzifələrə hədsiz iddialı şəxs kimi tanınmaqdadır.

Şöbə rəisi hesab edir ki, onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Xidmətində özü üçün potensial təhlükə hesab etdiyi şəxsləri ləkəmə, gözdən salma kampaniyası həyata keçirən şöbə rəisi, bununla “yüksək vəzifəyə layiq yeganə namizəd” statusu formalaşdırmağa çalışır.

Xidmət rəhbərliyinin yaxın vaxtlarda bu şəbəkəni bitirəcəyi gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, Elçin Yusubovun yaratdığı qruplaşma üzvlərinin sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Onlar öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Bu səbəbdən də məlum üçlük bütün dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə əmlak oliqarxlarına kömək etmək niyyətində deyil. Rədd cavabı alan komanda isə bütün əməllərinə Elçin Yusubovu şərik edəcəklərini mesaj verməklə keçmiş liderlərini şantaj edirlər.

 

Əvvəlki yazı

Kişilərin bunu etməsinə icazə vermirəm – Türkan

Sonrakı yazı

Belqorodda ölənlərin sayı artıb

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.