21-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentin iclasından sonra Razim Məmmədov təşvişdə- Qanunsuz tikililər və ağac soyqırımı onu bitirir

11 Oktyabr 2018, 21:54
Cəmiyyət
A A
Prezidentin iclasından sonra Razim Məmmədov təşvişdə- Qanunsuz tikililər və ağac soyqırımı onu bitirir

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında qaldırdığı məsələlər Bakıda bir çox icra başçısının başı üzərində qara buludların peyda olmasına səbəb olub.

Ölkə başçısının son iclasda vurğuladığı qanunsuz tikililər, paytaxtda ağacların qeyri-qanuni şəkildə kəsilməsi və s. məsələlər illərdir, bu işlərlə məşğul olan icra başçılarının yenidən hədəfə çıxması ilə nəticələnib.

Heç kimə sirr deyil ki, Bakıda illərdir, bu işlərlə, konkret olaraq qanunsuz tikililərə və ağac soyqırımına göz yuman və buna sərəncam verən icra başçılarının önündə Xətai rayon İcra Hakimiyyətinin rəhbəri Razim Məmmədov gəlir.

Təsadüfi deyil ki, prezidentin çıxışından dərhal sonra qanunsuz tikilərlə bağlı ilk həbs elə Razim Məmmədovun rəhbərlik etdiyi rayonda baş verdi. Belə ki, dünən yayılan məlumatda bildirilirdi ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xəbərdə qeyd edilirdi ki, X.Məmmədov rayonda bir sıra qanunsuz tikililərə icazə verdiyi üçün saxlanılıb.

Bu həbs xəbərində ən diqqətçəkən detal isə başqadır. Məlum olub ki, qanunsuz tikintiyə görə həbs edilən Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur.

Hüç şübhəsiz, adi bir “JEK” rəisinin müavini Xətai boyda rayonda icra başçısından xəbərsiz belə bir iş görə, hansısa qanunsuz tikintiyə icazə verə bilməzdi. Aydındır ki, bu işlərdən icra başçısı Razim Məmmədovun da xəbəri olub. Adı çəkilən şəxslərin qohumluq əlaqələrinin olması da bu faktı gücləndirən detaldır.

Bakupost-un əldə etdiyi başqa bir məlumatda isə deyilir ki, X.Məmmədov “JEK” rəisinin müavini olsa da, rayonda rəisdən daha güclü fiqur olub və icra başçısı ilə qohumluq əlaqələri onun tikinti obyektləri ilə bağlı qanunsuz əməllərə getməsinə rahat şərait yaradıb.

Aydındır ki, istintaq zamanı bu işin bir ucu Razim Məmmədova da gedib çatacaq və X.Məmmədovun qanunsuz əməlləri kimə güvənib törədiyi məlum olacaq.

Mətbuatı izləyənlərə o da məlumdur ki, Xətai rayonu ağac soyqırımı sahəsində də liderliyi əlində saxlayır. “Google” axtarış xidmətinə “Xətai, ağac” yazdıqda qarşımıza onlarla belə xəbər çıxır. Hamıya bəllidir ki, hansısa rayonda nəinki bir ağacı, hətta az qala, ağacın budağını belə kəsmək üçün icra hakimiyyətindən icazə alınmalıdır və bunun maddi qarşılığı ödənilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, nazirlikdə Xətai rayonundakı ağac soyqırımları ilə bağlı onlarla fakt yığılıb və bu faktlar ölkə rəhbərliyinə təqdim olunacaq.

Bütün yuxarıdakı detalları birləşdirdikdə isə əminliklə iddia etmək olar ki, ölkə başçısının son sərt açıqlamalarından sonra Xətai rayonunun başçısı öz postunda çox qala bilməyəcək. Həm həbs edilən X.Məmmədovun qanunsuz əməlləri, həm də rayonda törədilən digər qanunsuzluqlar araşdırıldıqda bütün bu işlərin ucunun rayon rəhbərinə toxuncağı aydındır. Bu zaman isə R.Məmmədovun öz postunu qorumağı müşkülə çevriləcək.

Odur ki, yaxın günlərdə Razim Məmmədovun işdən azad edildiyi ilə bağlı sərəncam veriləcəyini gözləmək əsassız olmaz.

Təbii ki, 12 ildir görülən qanunsuz əməllərin içindən təkcə vəzifəsini itirməklə xilas ola bilsə…

Xatırladaq ki, prezident çıxışında qanunsuz tikilərlə bağlı bunları demişdi: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik”.

Ölkə başçısı Bakıda ağac soyqırımı barədə də sərt açıqlama verib: ” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”. (BakuPost)

Əvvəlki yazı

124 milyon nəfər aclıq çəkir -Azərbaycan aclıq reytinqində necəncidir?

Sonrakı yazı

Qüdrət Şükürovun qızı Azərbaycanı tərk etdi – FOTO

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.