10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

22 Sentyabr 2023, 14:48
Cəmiyyət
A A
“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Könül İsmayılova: “Qarabağdakı erməni əsilli vətəndaşlarımız da bundan nəticə çıxarsınlar”

“Hələ 44 günlük müharibə dövründə Azərbaycan xalqı olaraq rəsmidən qeyri rəsmiyə kimi hər kəs cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşmişdi. Bu gün də o birlik var və ölkə daxilində ünsürlərin olmasına baxmayaraq, Prezidentlə DƏMİR YUMUĞa dönən birliyimiz hər zaman var olacaq. Bu gün də ölkə başçısının öz xalqından tələb etdiyi nədirsə, onu edəcəyik. Çünki cənab Prezident nəyi necə və nə vaxt etməyi çox yaxşı bilir”.

Reportyor.info versus.Az-a istinadla xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciət çıxışını şərh edərkən bildirib.

K.İsmayılova qeyd edib ki, ölkə başçısının hətta ümumdövlət çağırışlarında da ayrıseçkilik nümayiş etdirərək birlik nümayiş etdirməkdən kənarda duran Müsavat, AXCP, Real Partiyasını bir daha tanıyan xalq indi kimin yanında durmalı olduqlarını bilirlər:

“Nəhayətdə bu qaraguruhçuların arxasınca gedən kütlə də anladı ki, bu dövlətin, bu xalqın rifahını düşünən yalnız bu ölkənin prezidentidir. Boğazdan yuxarı çıxış edib ölkədə çaşqınlıq yaradanlar isə öz şəxsi mənafeləri üçün Azərbaycanın böyük qələbələrinə hələ də kölgə salmağa fürsət gəzənlərdir. Ona görə də xalq, ictimai-siyasi xadim olaraq artıq hər kəs doğru yolun hansı olduğunu bilir. Ölkə başçısının diplomatik müharibədə də uğur qazanması xalqımızın inamını bir daha artırır. Budur, artıq antiterror əməliyyatımızda da uğur qazandıq, üstəlik Qarabağdakı erməni əsilli vətəndaşlarımıza da sahib çıxırıq, beləcə Ermənistanı necə deyərlər, qram-qram enirik”.

Könül xanım bildirdi ki, Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunan görüş də müsbət həllini tapacaq. Onun sözlərinə görə, Qarabağdakı erməni vətəndaşlarımız nəhayət kimin qanunları altında yaşamaq istədiklərinə qərar verəcəklər:

“İşğaldan azad etdiyimiz torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və bu torpaqlarda yaşayan hər kəs – hansı millətdən olmasından asılı olmayaraq – Azərbaycanın vətəndaşı sayılır. Qarabağdakı erməni separatçılar oradakı erməni sakinlər arasında çaşkınlıq yaratsalar da, ölkə başçımız şəxsən erməni əsilli Azərbaycan vətəndaşlarına çağırış etməklə məsələni kökündən çözdü. Bu gün separatçılar tərksilah edilir, torpaqlarımızdan çıxarılır. Bu o deməkdir ki, suverenliyimizin tam bərpası öz həllini tapdı. Azərbaycanda başqa millətlərdən olan vətəndaşlarımız çoxdur və onlar dövlətimizin qanunları ilə yaşayırlar burada. Erməni əsilli vətəndaşlarımız da bu sıradandır”.

K.İsmayılova təəssüflə vurğuladı ki, erməni silahlı qüvvələri ilə bu mübarizədə də şəhidlərimiz oldu, mülki vətəndaşlarımız erməni terrorunun qurbanı oldular:

“Amma heç bir müharibə, mübarizə şəhidlərsiz, qurbanlarsız olmur. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Nəticədə qələbə bizimdir, düşmən məğlubdur. Yəni Azərbaycan oğulları əbəs yerə şəhid olmadılar, bu qələbəni bizə yaşatdıqları üşün ruhları şaddır. Bir də qarşı tərəfə baxaq, itkiləri, ölənləri çoxdur və məğlubdular. İndi Qarabağdakı erməni əsilli vətəndaşlarımız da bundan nəticə çıxarmalıdır. Ya bizimlə bizim qanunularımızla yaşasınlar, ya da çıxıb getsinlər. Cənab Prezidentimizin də dediyi kimi – “Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!” Biz bir azərbaycanlı olara Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”.

 

Əvvəlki yazı

Hikmət Hacıyev: “Yaralı hərbçilərin təxliyəsi üçün tibbi maşınlar Ermənistandan da gələ bilər”

Sonrakı yazı

Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıb (VİDEO)

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.