09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentin Davosdakı mesajları: Xəzərdə ən böyük ticarət donanmasına malik ölkə…

23 Yanvar 2023, 11:33
İqtisadiyyat
A A
Prezidentin Davosdakı mesajları: Xəzərdə ən böyük ticarət donanmasına malik ölkə…

Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatçıları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünya iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat verir.
19 yanvar 2023-cü il tarixində Davos İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və “Avrasiya Orta Dəhlizi; Yoldan magistrala” mövzusunda çıxış edib.

Prezident İlham Əliyev Orta Dəhlizin üstünlüklərindən danışarkən bildirib ki, bu nəhəng layihədə iştirak edən dövlətlər bir-biri ilə yaxşı münasibətdədir. Azərbaycanın qərbdə Türkiyə və Gürcüstanla, şərqdə isə Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan əlaqələri vardır. Qərb ilə Şərq arasında təbii coğrafi bağlantımız olduğu üçün illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırır. Azərbaycanın infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Azərbaycan artıq neçə illərdir ki, neftin tranzitini təkcə Türkmənistandan deyil, Qazaxıstandan da etməyə başlamışdır. Bu dəhlizdən karbohidrogenlər üçün də istifadə potensialımız var. “Vahid pəncərə” sistemini tətbiq etməklə daha sıx əməkdaşlığa nail olmaq olar.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi və şimal-cənub marşrutu boyu yerləşməsi əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanı yaxınlığında azad zonanın açılışı olacaq, istehsal yeri şirkətlərin investisiya yatırması üçün əlverişli olacaq, Azərbaycan–Türkiyə, Azərbaycan–Gürcüstan və Gürcüstan–Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq formatımız var. Biz artıq bu formatın bəhrələrini görürük. Qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olmuşuq və maraqların balansı qorunub saxlanılır.

Forumda Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olmasını Azərbaycan iqtisadiyyatınının qüdrətini artıran amillərdən biri kimi dəyərləndirdiyini bildirib.
Mərkəzi Asiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan arasında yaxşı dəmir yolu bağlantılarının olmamasını qeyd edən Prezident, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yol layihəsinin üstünlüklərindən danışıb.

Prezident İlham Əliyev Avropaya artan enerji təchizatından, təbii qazla bağlı Avropa Komissiyasından daxil olan müraciətlərə uyğun işlərin qurulmasından və artımın çox sürətli olmasından danışaraq, ümumi həcmin isə 24 milyard m3 olduğunu bildirib.

Yaşıl enerji ilə bağlı potensialın çox böyük olduğunu söyləyən Prezident Xəzər dənizinin külək potensialının, eyni zamanda işğaldan azad olmuş ərazilərdə 10 qiqavat potensialın olduğunu qeyd edib. Vaxtın bitməsinə 3 dəqiqə qalmış Ermənistanla bağlı münasibətlər barəsində verilmiş sualı cavablandıran cənab İlham Əliyev deyib: ”Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistan buna hazır deyil. Onlar regionun təhlükəsiz olmasında maraqlı deyillər”.

 

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
əməkdar müəllim

Əvvəlki yazı

Bakıda hava dumanlı olacaq, dağlıq ərazilərə qar yağacaq

Sonrakı yazı

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb – Şirkətə kim rəhbərlik edir?

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.