04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentdən dəmiryolunda inkişaf mesajı, dünyadakı yerimiz: hansı işlər görülür?

11 Avqust 2020, 10:21
Araşdırma
A A
Prezidentdən dəmiryolunda inkişaf mesajı, dünyadakı yerimiz: hansı işlər görülür?

Azərbaycanda martdan bəri pandemiya səbəbindən qatarlar hərəkət etmir. Bu, özlüyündə dəmiryol sahəsinə böyük zərbədir. Hər zaman rentabelli işləyən “Azərbaycan Dəmir Yolları” QSC-nin işinin dayanması təbii ki, iqtisadi cəhətdən təsirini göstərməmiş deyil.

Lakin bu müddət ərzində ölkənin dəmiryol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlə dayanmayıb, dəmiryolçular pandemiya dövründə ixtisar olunmayıblar, əmək haqlarını alıblar.

Eyni zamanda elektrik qatarlarının hərəkətində sərnişinlərin rahatlığı üçün bütün addımlar atılıb. Reportyor.info-nun verdiyi xəbərə görə, görülən işlərlə yanaşı qüsurlar, çatışmazlıqlar da olur. Əgər iş varsa, şübhəsiz ki, irad da bildiriləcək, tənqid də olacaq. Məhz tənqidi yanaşma inkişafa aparır, səhvləri, boşluqları aradan qaldırmağa xidmət edir.


Əfsuslar olsun ki, bəzi media orqanları isə ölkə rəhbərliyinin iradlarını, səsləndirdiyi fikirləri şişirdilmiş şəkildə təqdim edir, uzağa gedən nəticələr çıxarır, öz fərziyyə və illüziyalarını yazırlar. Əlbəttə, tənqid etməkdə hər kəs azaddır, müstəqil fikrini ifadə edə bilər. Amma bundan başqa cür istifadə etmək, yozmaq, yanlış təqdimatlar vermək düzgün deyil.

Çünki dövlət başçısı bütün sahələrdə gedən inkişafla, atılan addımlarla bağlı danışarkən həm də çatışmazlıqları dilə gətirir, harada nöqsan görürsə, açıqlayır. Bu tənqidlər məhz ona görədir ki, görülən işləri təqdir etməklə yanaşı qüsurları da düzəltmək, daha effektiv çalışmaq, gözləntiləri birə beş artırmaqdır.

Təsadüf deyil ki, ötən il prezident İlham Əliyev QSC sədri Cavid Qurbanovu qəbul edərkən bu fikirləri səsləndirmişdi: “Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir.

Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür”.


Prezident qeyd etmişdi ki, ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı yolun tikintisi gedir: “Bu, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. Eyni zamanda, bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir.

Həmin qəbulda İ.Əliyevlə C.Qurbanovun dialoqu da çox maraqlıydı. Suallara verilən cavablar ölkə başçısını qane etmişdi: Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?

Cavid QURBANOV: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.

Prezident İlham ƏLİYEV: 12 min?

Cavid QURBANOV: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.

Prezident İlham ƏLİYEV: Bəli, mən getmişəm o yolu, çox rahatdır.

Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.

Prezident İlham ƏLİYEV: Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.

Cavid QURBANOV: Bəli, hamısı işləyir.

Prezident İlham ƏLİYEV: Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə söz vermişdim ki, bu yol işləyəcək, artıq bu, fəaliyyətdədir. Bizim planımız var ki, Gəncədən Gürcüstan sərhədinə qədər də həmin o vaqonlar işləsin və sərhəd rayonlarında yaşayan vətəndaşlar da bundan faydalansınlar.

Cavid QURBANOV: Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir.

Prezident İlham ƏLİYEV: Neçə saata gedir?

Cavid QURBANOV: Dörd saata gedir, cənab Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.

Prezident İlham ƏLİYEV: Üç saata?

Cavid QURBANOV: Bəli.

Prezident İlham ƏLİYEV: Çox gözəl.

Yeri gəlmişkən, Reportyor.info xəbər verir ki, artıq Xırdalan dairəsində dəmir yolu körpüsünün tikintisi müddətində Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları yeni cədvəl ilə hərəkət edəcək.

Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb. Yeni tərtib olunmuş hərəkət qrafikinə bir neçə reys əlavə olunub ki, bu da Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır.

Yeni cədvəl avqustun 10-dan qüvvəyə minib. Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tarixində ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub.


Dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü uğurlu alınıb. Sınaq yürüşü Gəncə yaxınlığında yerləşən Alabaşlı stansiyasında keçirilib.

Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.

Hazırda ADY-nin lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi hədəfləyir. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 km kontakt şəbəkəsi yenidən qurulub.

Həmçinin Alstom şirkətindən 40 ədəd dəyişən cərəyanlı yük lokomotivi və 10 ədəd ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən sərnişin lokomotivi sifariş edilib.

Onlardan 13 yük və 10 sərnişin lokomotivi artıq ölkəyə gətirilib.Bundan əlavə, pandemiya dövrü olsa da, Ləki – Qəbələ dəmir yolu xəttinin çəkilməsi çərçivəsində işlər ilin sonuna yekunlaşmalıdır.

Ümumiyyətlə, bu gün Azərbaycan dəmir yolu sahəsində logistik mərkəzə, tranzit ölkəyə çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin reallaşdırılması, Şərq-Qərb, Şimal-Cənub beynəlxalq əhəmiyyətli, qlobal layihələrin həyata keçirilməsində Azərbaycan əsas rol oynayır.


Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə dövlət başçısı ölkəmizin Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən biri kimi vacib roluna diqqət çəkmişdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Bildirilmişdi ki, pandemiya şəraitində Azərbaycan dəmir yollarında sərnişindaşımaya məhdudiyyət qoyulsa da, yükdaşınmaları müntəzəm şəkildə yerinə yetirilir.

Yükdaşımaların həcminin artmasında Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri vacib rola malikdir.
Son vaxtlar “ADY” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə dəmir yolunun, lokomotiv parkının yeniləşdirilməsi istiqamətində də mühüm addımlar atılır.

Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında dəyişən cərəyanla işləyən 40 ədəd yük, 10 ədəd sərnişin lokomotivlərinin alınması ilə bağlı müqavilə imzalanıb. Bu mənada dəmiryol sahəsində ADY rəhbərliyinin gördüyü işlərin qarşıdakı dövrdə daha da geniş miqyas alacağı şübhə doğurmur.

REPORTYOR.info

Əvvəlki yazı

Serb baş nazir müavini Bakıda: silah müzakirəsi…

Sonrakı yazı

Deputat: “Manatın taleyi bizi narahat edir”

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.