26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentin Azərbaycanı qarışdırmaq istəyənlərə kodlu mesajı

17 İyul 2018, 09:50
Cəmiyyət, Seçmə, Banner
A A
Prezidentin Azərbaycanı qarışdırmaq istəyənlərə kodlu mesajı

Dövlət başçısı Aİ ilə əməkdaşlığın davamı barədə razılaşmanın əldə olunduğu Brüssel səfərindən sonra kifayət qədər ciddi bəyanatlar verdi…

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edildikdən və Gəncə polisinin rəhbərliyində olan iki polkovnikin qətlə yetirilməsindən sonra Sumqayıtda da bəzi çevrələrin aranı qarışdırmağa cəhd etməsi baş verənlərin təsadüf olmadığını birmənalı şəkildə deməyə imkan verir.

Elə prezident İlham Əliyevin iyulun 13-də ölkəmizin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda çox mühüm mesajlar verməsi, xəbərdarlıqlar etməsi də baş verənlərə ən yüksək səviyyədə həssas münasibətin göstəricisi oldu. Dövlət başçısı Azərbaycan üçün çox mühüm olan Brüssel səfərindən qayıtdıqdan sonra bir daha xüsusi iclas keçirərək olduqca əhəmiyyətli və həm də kodlu mesajlar verdi.

Ölkə prezidenti açıq şəkildə bəyan etdi ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş verənlər dövlətçiliyimizə qarşı cinayətlərdir. Prezident hadisənin sıradan bir kriminal deyil, kifayət qədər ciddi mərkəzlərin planlaşdırdığı terror olayı olduğunu rəsmən bəyan etdi. Dövlət başçısı onu da dedi ki, “bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir”. Ancaq dövlət başçısı din pərdəsi altında məkrli niyyətlərini həyata keçirmək istəyənlərin əməllərindən bəhs edərkən dövlətimizin bütün xain planlardan xəbərdar olduğunu da nəzərə çatdırdı. Sitat: “Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır”.

Prezident qətiyyətli şəkildə dövlətimizin terrorçular və terroru dəstəkləyənlərə qarşı amansız olacağını da bəyan etdi:“Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq”.

Prezident müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatların törədildiyini, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd edildiyini xatırladaraq olduqca vacib xəbərdarlığını etdi. Sitat: “Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.

Dövlət başçısı Azərbaycana qarşı şər-böhtan kampaniyası aparanlara cavabında xatırlatdı ki, NATO-nun bu günlərdə keçirilmiş zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. “Yəni bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var” – prezident əlavə etdi.

Brüssel səfəri NATO zirvəsi ilə əlamətdar olmaqla yanaşı, həm də Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın davamı barədə anlaşmanın təsdiqlənməsi, həmçinin masadakı sənədin paraflanması ilə bir sıra mərkəzlərin diqqət mərkəzində idi. Azərbaycanın Qərbə inteqrasiyasını qəbulolunmaz sayan güclərin bu ərəfədə aktivləşməsi təbii ki, dövlət başçısının da diqqətindəydi. Bir neçə mənbədən məlumatlar almağa malik olan ölkə prezidenti şübhəsiz ki, həmin mərkəzlərə də xəbərdarlığını etmiş oldu.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, prezident “Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz” sözləri ilə Azərbaycanda xaos yaratmaq istəyən xarici qruplara işarə edib: “Daxildə elə bir qüvvə yoxdur ki, planlı şəkildə Azərbaycanda xaos yaratmağa gücü olsun. Belə qruplar var, ancaq xarici mərkəzlərdən kömək almadan Azərbaycanı qarışdıra bilməzlər. Bunun üçün xüsusi plan və maliyyə lazımdır. Hər ikisi kənardan Azərbaycana ötürülür. ABŞ və Avropa İttifaqı ölkələri Azərbaycanda sabitlikdə və istiqrarda, o cümlədən inkişafda maraqlıdırlar. Prezidenti xarici qüvvələrə işarə edərkən ABŞ və Avropanı nəzərdə tutmur. Azərbaycanı zəif görmək və torpaqlarının işğalda qalmasını istəyən güclər şimalda və cənubdadır. Həmin mərkəzlər bu dövlətlərin hakimiyyətlərinin istəyi kənarında da Azərbaycana qarşı məkrli planları hərəkətə gətirə bilərlər. Prezident böyük ehtimalla həmin mərkəzləri nəzərdə tutub. Həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil. Gəncə Azərbaycanın uzaq və yaxın tarixində xüsusi imza qoymuş şəhərdir. Bunu Azərbaycanın düşmənləri də bilir. Buna görə də təxribat üçün Gəncə seçildi. Elə vəziyyətin həssaslığını nəzərə alan prezident qısa müddətdə iki müşavirə keçirdi”.

Siyasi təhlilçi bildirdi ki, prezidentin iyulun 9-da nazirlərin iştirakı ilə keçirdiyi iclasda da son hadisələrlə bağlı ciddi mesajlar verib: “Dövlət başçısı Azərbaycanda siyasi sabitliyin davam etdiyini dedi. Prezidentin sözlərindən aydın oldu ki, cəmiyyətdə xaos yaratmaq istəyən qüvvələrə qarşı sərt tədbirlər görüləcək. Prezident cəmiyyəti sakitləşdirməyə çalışır. Əsas tezis budur ki, prezident ölkəyə nəzarət edir və xaosa, anarxiyaya və inqilaba yol verilməyəcək. Bunu istəyənlər isə həbs olunacaq”.

E.Şahinoğlu dövlət başçısının Brüsseldən Bakıya qayıtdıqdan sonra güc nazirlərinin iştirakı ilə daha bir toplantı keçirməsini də təsadüfi saymadı: “Bunun da məqsədi eyni idi – ölkədə xaos yaratmaq istəyən daxili və xarici qruplarının məqsədlərinə nail olmayacaqlar”.

Ekspert daxildə görülməli olan işlərin mövcudluğuna da diqqət çəkdi. Bildirdi ki, bir sıra tədbirlərin görülməsinə baxmayaraq, xarici mərkəzlər zəif nöqtələrimizi müəyyənləşdirib oradan vurmağa çalışırlar: “Həmin zəif nöqtələri özümüz ortadan qaldırmalıyıq ki, düşmənlərimiz bundan istifadə edə bilməsinlər. Dövlət aparatı icra başçılarından  edilən şikayətlərə, göndərilən məktublara ciddi yanaşmalıdır, çünki təxribatçılar Mingəçevir və Gəncə ilə kifayətlənməyə də bilərlər. Yerlərdə sorğular keçirilməli, insanların şikayətləri və daha çox tənqid edilən məmurların fəaliyyəti araşdırılmalıdır. Hər nazirin ayda bir dəfə rayonda şikayətçiləri qəbul etməsi problemi həll etmir. Monopoliya, korrupsiya və məmur özbaşınalığı bu kimi xarici gücləri hərəkətə keçirir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Əvvəlki yazı

Ölkəni qaranlığa bürüyən Etibar Pirverdiyevin qaranlıq dünyası: Dağıstandan üzü bəri milyonlar…

Sonrakı yazı

Kəlbəcərli girovların azad olunması üçün şans

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.