Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
H.Hüseynovaya orden Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə verilib.
Qeyd edək ki, sabah Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri H.Hüseynovanın 70 illik yubileyidir.