15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentdən mühüm fərman: Bu məhsullar bahalaşmayacaq

28 Fevral 2023, 14:04
İqtisadiyyat
A A
Prezidentdən mühüm fərman: Bu məhsullar bahalaşmayacaq

 

Azərbaycanın quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bunula da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün 2022-ci il ərzində bir sıra mühüm addımlar atılıb.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) Analitika və ictimaiyyətlə əlaqələr departamenti bildirib ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib.

Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasənh 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.

Daha sonra Azərbaycan Prezidenti, cənab İlham Əliyev iyulun 1-də “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.

Qeyd edək ki, Cənab Prezidentin Fərmanına əsasən, yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi.

Azərbaycan heyvandarlıq və quşçuluq sektorunda fəaliyyət göstərən müəssisələrin xahişini nəzərə alaraq Nazirlər Kabineti fevralın 7-də yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddətini 2023-cü ilin sonunadək uzadıb.

Fevralın 27-də isə Prezident İlham Əliyevin fərmanı ilə həmin məhsulların idxalının ƏDV-dən azad olunması müddətini 2024-cü ilin 1 yanvarına qədər artırılıb.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu addımlar istehsal olunan məhsulların maya dəyərinin artmasının qarşısını alacaq:

“Bildiyiniz kimi, 2022-ci ildə qlobal bazarlarda qeydə alınan qiymət artırıcı proseslər Azərbaycana ciddi təsir edib. Azərbaycan hökuməti bu təsirləri yumşaltmaq məqsədilə bir sıra addımlar atıb: yem və yem əlavələrinin idxalı gömrük rüsumları və ƏDV-dən, ölkədə satışı ƏDV-dən azad edilib. Bu addımlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Quşçuluq təsərrüfatları ötən ilin payızında əlverişli bazar konyukturasını nəzərə alaraq quş əti və yumurtanın qiymətini xeyli dərəcədə endirməyə nail oldular. Bu qiymət səviyyəsinin davam etməsi üçün dövlətin tətbiq etdiyi dəstək mexanizmlərinin bu il də qüvvədə olması vacib amil idi. Biz də bunu nəzərə alaraq, müvafiq dövlət qurumlarına müraciət etmişdik. Müraciətimizin müsbət qarşılanması göstərir ki, Azərbaycan dövləti üçünbaşda cənab Prezident olmaqla, daxili bazarı inflyasiya yaradan amillərin təsirindən qorumaq, əhalinin xərclərinin artmasının qarşısını almaq ən ümdə məsələlərdən birim olaraq qalır”.

M.Həsənli həmçinin qeyd etdi ki, Prezident İlham Əliyevin son fərmanı ilə quşçuluq sahəsində istifadə olunan mühüm dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib:

“Bu, quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması baxımından ciddi addımdır. Quşçuluq təsərrüfatları adından, müvafiq dövlət qurumlarına, xüsusilə də Cənab Prezidentə bu dəstəyə görə minnətdarlığımızı bildirirəm”.

Əvvəlki yazı

Sonrakı yazı

Lavrov: “Azərbaycan üçtərəfli görüşə hazırdır, Ermənistan isə…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.