04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezident xalqla görüşür, Vidadi İsayev milləti küçələrə çıxarır – Video

18 Noyabr 2019, 01:44
Manşet
A A
Prezident xalqla görüşür, Vidadi İsayev milləti küçələrə çıxarır – Video

Bərdə rayonunda sosial zülm elə bir ərşə qalxıb ki, pambıq zavodunun işçiləri də ayağa qalxıb. Ötən həftə onlar Bərdə-Ağdam yolunu bağlayaraq əmək haqlarının kəsilməsinə etirazlarını bildiriblər.

Aksiya keçirən pambıq zavodunun zəhmətkeşləri maaşların az yazılmasına görə narazılıq ediblər, haqsızlıqla üzləşdiklərini söyləyiblər.

Amma yolu kəsən işçilərin tələblərini qulaqardı edən, rayondakı gərginliyi vecinə almayan Bərdə rəhbərliyi hadisə yerinə gəlməyib.

Reportyor.info xəbər verir ki, icra başçısı Vidadi İsayev vətəndaşların ayağına getməli, şikayətlərini dinləməli, zavod rəhbərliyinə tapşırıqlar verməliydi.

Xaçmazın yeni icra başçısı Elnur Rzayev vətəndaşların qəbul gününü ləğv etdiyi, istənilən gün onlarla görüşəcəyini bildirdiyi halda Bərdənin icra başçısı qulağının dibində aksiya keçirilir və heç bir reaksiya vermir. Bu dərəcədə laqeydlik rayonda etirazların genişlənməsinə səbəb ola bilər.

Prezident əyalətlərdə kadr islahatları aparır, yeni başçılara xalqla işləməyi tapşırır, sosial narazılıq ocaqlarını söndürür, Bərdədə isə üsyan qalxır və “şah” V.İsayev heç bir məsuliyyət daşımaq istəmir.

Bu siyasi və sosial məsuliyyətsizlik icra başçısına baha başa gələ bilər. Sadəcə, tarana gedən V.İsayevin öz banal, vabank fəaliyyəti ağır nəticələrlə həm də dövləti ağır sınaqlar qarşısında qoya bilər.

Necə ki, Quba və İsmayıllı etirazları da icra başçılarının irtica, mürtəce siyasətindən doğan kataklizmlər idi.

Bu dərslərə baxmayaraq, V.İsayev Bərdədə narazılıq həddini günbəgün artırır, özbaşınalıq, qanun pozuntusu böyüyür, insanlar islahatlar getdiyi bir dövrdə küçələrə çıxmağa məcbur olurlar.

Halbuki, prezident İlham Əliyev bölgələrdə, şəhərlərdə əhali ilə görüşlər keçirir, şəkil çəkdirir, selfi fotolar paylaşılır, vətəndaşlarla ölkə rəhbəri arasında səmimi ünsiyyət qurulur, problemlər birbaşa özünə çatdırılır, dövlət başçısı mediadan izlədiyi hansısa məsələnin həllinə dərhal göstəriş verir.

Amma Vidadi İsayev Bərdədə yol bağlayıb aksiya keçirilməsinə görə narahat olmur, vətəndaşlarla görüşmür, zavod müdiri ilə danışıqlar aparmır. Əgər bu məsələdən prezident mətbuatdan xəbər tutaraq həllinə tapşırıq versə, növbəti dəfə V.İsayevin karyerası üçün “dəfn mərasimi”nin təməli qoyulmuş olacaq.

Hakimiyyətin yanvardan başladığı islahatların əsas anatomiyası əyalətlərdə sosial zülmə son qoymaq, yerli idarəetmədəki boşluqları, nöqsanları aradan qaldırmaq, vətəndaş etirazlarının dərinləşməsinin qarşısını almaq idi.

Çünki bölgələrdə olan haqsızlıqlar ərşə dirənmişdi, Prezident Administrasiyasına hər ay külli şikayətlər daxil olurdu, sosial uçurum getdikcə genişlənir, böhranın tappıltı səsləri eşidilirdi.

Elə 19 yanvar mitinqinə də rayonlar arasında ən çox Bərdədən narazı vətəndaşlar təşruf buyurmuşdu.

O zaman prezidentliyə keçmiş namizəd Hafiz Hacyev də bildirmişdi ki, Milli Şuranın mitinqinə Bərdədən gələnlər üstünlük təşkil edib.

Əfsus ki, nə hakimiyyət bu məsələyə diqqət ayırdı, nə Bərdə rayon icra başçısı Vidadi İsayev özünə çəki-düzən verdi.

Elə bu davamiyyətin nəticəsidir ki, Milli Şuranın təyin etdiyi növbəti 28 sentyabr mitinqinə də Bərdədə idarəçilikdən, ətalətdən, zülmdən, Vidadi İsayevin qanunsuz hərəkətlərindən cana doyanlar axın etmişdilər.

Lakin vəziyyətin bu yerə gəlib çıxmasına səbəbkar Vidadi İsayevdir.

Başqa regionlarla müqayisədə Bərdədə bütün zümrələr haqsızlıqla üzləşirlər. İstərsə şəhid ailəsi, istərsə məcburi köçkün, istərsə sahibkarlar və sadə vətəndaşlar olsun…

İqtidarın üzərinə Bərdəni qaldıran, Milli Şura platformasında mitinqinə bərdəliləri getməyə sövq edən Vidadi İsayevin məqsədinin nə olduğu, iqtidara hansı zərbəni vurmağa çalışdığı, prezident İlham Əliyevin siyasətinin əleyhinə niyə getdiyi qaranlıq olar qalır.

bir müddət əvvəl Bərdə ziyalılarının həyəcan təbili çalması, prezidentə imzalı məktub ünvanlaması da vəziyyətin dramatikliyini, ciddiliyini ifadə edirdi.

Ziyalıların bəyanatında deyilirdi ki, Vidadi İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanətlər edib. Hətta ziyalılar onun həbsini tələb edir.

Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin evini sökdürüb, ailəyə dəyən zərəri ödəməyib. Sonra Bərdədə şəhidlər üçün düzəldilmiş guşəni dağıtdırıb, şəkillərini gecə zibilxanada basdırıb.

Ziyalılar qeyd edirlər ki, bərdəli olan yerli kadrları işdən kənarlaşdırılıb, ayrı-ayrı rayonlardan özü kimi “işləyən”lər vəzifələrə gətirilib.

Sitat: “Bu cahil başçı Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri olmuş Rəhilə İsmayılovanı çərlətdi, qadın dünyasını dəyişdi”.

Bu nalayiq münasibət Bərdəni ayağa qaldıra bilər və əhalinin səbri tükənməkdədir. Elə ilk işartı görünməkdədir – pambıqçılar ayaqdadır…

REPORYOR.info

https://www.facebook.com/MeydanTelevision/videos/2813051742052380/

Əvvəlki yazı

Gürcüstan müxalifəti parlamenti tam blokladı (FOTO/YENİLƏNİB)

Sonrakı yazı

Hacıqabulda I qrup əlilin torpağı zəbt olunub – Video

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.