Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.
Reportyor.info xəbər verir ki, Prezident Sauli Niinistö Baş nazir Sanna Marinlə birgə bəyanatında ölkəsinin NATO-ya üzvlüklə bağlı müraciət etməli olduğunu bəyan edib.
“Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir”, -Niinistö və Marinin birgə bəyanatında qeyd olunub.
Qeyd edək ki, Rusiya ilə 1 300 kilometr uzunluğunda sərhədi olan Finlandiya Ukraynada müharibədən öncə şərq qonşusu ilə münasibətləri qorumaq məqsədi ilə NATO-dan kənarda qalmağa üstünlük verirdi.