Prezident İlham Əliyev səhhətində ciddi problemlər yaşayan tanınmış bloger Dayanət Babayevin müalicəsinə lazım olan bütün xərcləri öz üzərinə götürüb.
Bu barədə ”Reportyor.info” -ya blogerin özü məlumat verib.
Qeyd edək ki,ürək damar xəstəliyindən əziyyət çəkən bloger müalicəsi ilə bağlı prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət etmişdi.Artıq Prezident Administrasiyasından göndərilən məktubda blogerin müayinə və müalicəsi üçün nə lazımdırsa Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə tapşırıqlar verilib.