29-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezident İlham Əliyevin inşa etdiyi Azərbaycan: güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modeli

16 Aprel 2019, 09:16
Seçmə
A A
Prezident İlham Əliyevin inşa etdiyi Azərbaycan: güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modeli

Dövlət başçısı: “Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir”

Azərbaycan güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modelinə keçib. Bu barədə prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksinin açılışı zamanı çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan hökuməti çox ciddi iqtisadi islahatlar aparır: “Bu islahatlar bizim maliyyə imkanlarımızı genişləndirir. Biz bu əlavə vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldirik. Beləliklə, keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi. Bu islahatlar çoxşaxəlidir. Siz və ictimaiyyət təbii ki, bu islahatları izləyirsiniz. Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək. Ölkəmiz yeniləşir, müasirləşir. Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin. Biz bütün dövrlərdə, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərmişik. 2015-2016-cı illərdə dünyada baş vermiş iqtisadi böhran bütün ölkələrə təsir etmişdir, o cümlədən bizə. Təsəvvür edin, bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Yəni faizlərlə ölçülmürdü, dəfələrlə ölçülürdü. Bu, hər bir ölkə üçün böyük imtahandır, böyük sınaqdır. Əlbəttə ki, görülən operativ tədbirlər nəticəsində biz o böhranın fəsadlarını minimum səviyyəyə endirə bildik və ondan sonra ciddi addımlar ataraq iqtisadi sabitliyi qoruya bildik, inkişaf templərinə qədəm qoyduq”.

Prezidentin bildirdiyinə görə, aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb: “Bu, nəyin hesabınadır – şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri – bütün bunlar bunun hesabına mümkün olmuşdur. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir. Bir daha demək istəyirəm ki, biz inkişafın yeni mərhələsinə qədəm qoyduq.

Deyə bilərəm ki, bütün addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn məktublar və müraciətlər deməyə əsas verir ki, islahatlar xalq tərəfindən dəstəklənir, buna yüksək qiymət verilir və bu, bizə əlavə imkanlar yaradır. Biz ölkəmizi müasirləşdirməliyik, biz Azərbaycanı inkişaf etdirməliyik. Elə etməliyik ki, bütün problemlər öz həllini tapsın. İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulmalıdır. Azərbaycanda şəffaflıq tam təmin edilməlidir və biz buna nail olacağıq. Bu, bizə əlavə imkanlar verəcək. Büdcə daxilolmaları daha da artacaq, sosial məsələlərin həlli daha da sürətlə gedəcək”.

İ.Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkə olduğunu vurğulayıb: “Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir”.

Ölkə prezidentinin qeyd etdiyi sosial dövlət modelinin yaradılması istiqamətində daha hansı addımların atılmasına ehtiyac var? Bu modelin Avropada tətbiq olunan sosial model səviyyəsinə çatdırılması üçün nələr edilməlidir?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a bildirdiyinə görə, sosial dövlət modeli deyilərkən konkret mexanizmə əsaslanan model nəzərdə tutulur: “Buna yalnız bu və ya digər addımlarla, yüksək gəlirliliyi təmin etməklə nail olmaq olmaz. Dünyada yüksək dövlət gəlirləri olan çoxsaylı dövlətlər var ki, sosial dövlət modelinə sahib deyillər. Buna görə də sosial dövlət anlayışına geniş mənada baxmaq lazımdır. Belə modelin formalaşdırılması böyük əziyyət və vaxt tələb edir. Ona qısa müddətdə nail olmaq mümkün deyil. Sosial dövlət vətəndaşın sosial rifahının yüksəldilməsini, sosial-iqtisadi əmin-amanlığını qorumağı özünün başlıca vəzifəsi elan etmiş dövlət deməkdir”.

Ekspert bildirir ki, Azərbaycan dövlətinin yürütdüyü siyasət əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir:“Dövlətimizin 90-cı illərdən bəri yürütdüyü siyasətin əsasında bu dayanır. 2003-cü ildən bəri əmək haqqı 7 dəfə, pensiyalar 10 dəfə artıb, 50 faizdən yuxarı olan işsizlik birrəqəmli həddə düşüb. Zəlzələ baş verir, subasma olur, yanğın olur, dövlət vətəndaşın yanında olur. Banklarla vətəndaşlar arasında problem yaranır, yenə də dövlət yükün altına girərək vətəndaşına yardım edir. Götürək elə Beynəlxalq Bankın xilas edilməsinə dövlətin çəkdiyi böyük xərcləri. Sistem əhəmiyyətli bu bankın çökməsi yüz minlərlə, bəlkə də milyonlarla vətəndaşı çox çətin duruma salacaqdı. Dövlət on milyardlarla manat sərf edərək buna imkan vermədi. Lakin bütün bunlarla yanaşı, sosial dövlət modelinə uyğun sistem qurmaq üçün biz hələ çox işlər görməliyik. Məsələn, biz minimum əmək haqqını yalnız bu il yaşayış minimumu səviyyəsinə qaldırmağa nail olmuşuq. Dövlət gəlirlərinin yüksək olmasına baxmayaraq, buna yalnız indi nail olmuşuqsa, demək ki, Azərbaycanda oturuşmuş sosial dövlət modelinin formalaşdırılmış olduğunu söyləyə bilmərik. Ölkə prezidenti də buna görə bəyan edir ki, biz sosial dövlət modelinə keçirik. Bu keçid illər tələb edən ağır prosesdir”.

P.Heydərov gələn ildən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanacağını xatırladır: “Kölgə iqtisadiyyatının səviyyəsini kəskin azaltmaqla nail olmaq mümkündür. Bu gün Azərbaycanda işləyən insanların böyük bir qismi rəsmi qeydiyyata alınmadan, yaxud əmək haqqı aşağı göstərilməklə işləyir. Belə bir şəraitdə icbari tibbi sığorta üçün əmək haqqından edilən ödənişlər keyfiyyətli tibbi xidmət təqdim etməyə imkan verməyəcək. Buna görə də kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində addımlar davam etdirilməlidir. Bu istiqamətdə ən mühüm addım əmək haqqından tutulan gəlir vergisinin ləğv edilməsi ola bilər. Bu, insanları əmək münasibətlərini rəsmiləşdirməyə, işəgötürənləri də işçilərini əmək müqaviləsi ilə işlətməyə stimullaşdıra bilər.

“ASAN xidmət”in fəaliyyətə başlaması ilə çoxsaylı sahələrdə vətəndaş-məmur təmasları minimuma endirildi, şəffaflıq yaradıldı. Yaxın vaxtlarda sosial xidmətlərin təqdimatı sahəsində eyni rolu oynayacaq DOST mərkəzləri fəaliyyətə başlayır. Yəni demək istədiyim budur ki, sosial dövlət modelini qurmaq çoxsaylı istiqamətlər üzrə böyük işlərin görülməsini tələb edir. Biz hələ bu yola yeni çıxmışıq. Dövlət başçısının da qeyd etdiyi kimi, proses, müvafiq addımlar davam etdirilməlidir ki, qarşımızda qoyduğumuz məqsədə nail ola bilək”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki yazı

Bakıda qardaş bacılarını bıçaqlayıb, onlardan biri ölüb – VİDEO

Sonrakı yazı

Nazirlərin Moskva görüşü: Bakıdan müharibə çağırışları

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.