04-03-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezident İlham Əliyev qida sənayesi və kənd təsərrüfatı sərgiləri ilə tanış olub –FOTO

16 May 2019, 07:33
Uncategorized
A A
Prezident İlham Əliyev qida sənayesi və kənd təsərrüfatı sərgiləri ilə tanış olub –FOTO

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub.

Reportyor.info xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan dövlət başçısına sərgilərlə bağlı məlumat veriblər.

Bildirilib ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası iki zalda – ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim olunur. Burada eyni zamanda qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla təmsil olunur.

Prezident İlham Əliyevə Aqrar Məşğulluğun Artırılması Layihəsi barədə məlumat verilib.

Dövlət başçısı sərgidə “Azersun”, “Grow Group Azərbaycan”, CASE, “Grimme”, “Agro Dairy”, CLAAS, “John Deer”, “Rostselmaş”, “Cahan Tobacco”, “Lindsay”, “Geoflow”, METAK, GİLAN, İMAGRO, “Agronaft”, “Prior Leasing” şirkətlərinin, Gəncə avtomobil zavodunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Belarusun, İtaliyanın, Türkiyənin, Niderlandın, Gürcüstanın stendləri ilə tanış olub. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.

Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi də fəal iştirak edir. Ümumilikdə isə sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi sərgilərin təşkilatçısıdır.

Bu il “WorldFood Azerbaijan” sərgisi 25 illik yubileyini qeyd edir və bu sahənin regionda hərəkətverici qüvvəsinə çevrilib. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 40-dan artıq ölkəsini təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda uğurlu biznes qurub.

Ənənəvi olaraq, sərgidə “Made in Azerbaijan” brendi altında geniş çeşiddə qida, o cümlədən ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları təqdim olunur. Burada eyni zamanda suvarma sistemləri, istixanalar və heyvandarlıq təsərrüfatları üçün avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya qurğuları və digər avadanlıqlar nümayiş olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının da bir çox istiqamətləri üzrə böyük işlər görülüb, dövlətimizin başçısı tərəfindən mühüm qərar və sərəncamlar, həmçinin konkret sahələr üzrə Dövlət proqramları qəbul olunub. Bütün bunlar bir daha göstərir ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyənləşib. Bu sahələrə göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına geniş imkanlar yaranıb. Aqrar sahəyə qoyulan investisiyaların həcmi də ildən-ilə artır.

Ölkəmizdə taxıl tədarükü istiqamətində də çox mühüm işlər görülüb. Ötən il 3,3 milyon ton taxıl tədarük olunub ki, bu da 2017-ci illə müqayisədə 13 faiz çoxdur. Bu il də artım gözlənilir. Belə ki, bu il ölkə üzrə 1 milyon 47 min 500 hektar sahədə yazlıq və payızlıq taxıl əkilib.

Həyata keçirilən bütün bu layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı eyni zamanda bu sahədə çalışanlara və fermerlərə göstərilən dövlət qayğısı ilə şərtlənir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq fermerlər müasir kənd təsərrüfatı texnikası ilə təchiz edilir, onlara subsidiyalar, yanacaq, gübrə güzəştli şərtlərlə verilir, fermerlər torpaq vergisindən başqa, bütün vergilərdən azad olunublar. Bütün bunlar kənd təsərrüfatının inkişafı üçün icra edilən tədbirlərin kompleks şəkildə davam etdirildiyini göstərir.

Kənd təsərrüfatı texnikasının ucuzlaşması isə bazarın liberallaşmasının, azad rəqabət mühitinin yaradılmasının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən aqrar texnologiyalar bazarında aparılan liberallaşma siyasəti şirkətlərin bu sahəyə marağını daha da artırıb.

Dövlət başçısı “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin işinə uğurlar arzulayıb

Əvvəlki yazı

QARADAĞ SEMENT ZAVODUNDA ETİRAZ AKSİYASI – Səhmdarlar narazıdır

Sonrakı yazı

Rövşən Rzayevin Qorbaçov fiaskosu: “Qaçqınkom” iqtidarı nədə geri salır?

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.