12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezident İlham Əliyevə media müraciəti: “Bizi düşmən edirlər, gizli maska altında…”

10 Sentyabr 2018, 10:09
Seçmə
A A
Prezident İlham Əliyevə media müraciəti: “Bizi düşmən edirlər, gizli maska altında…”

Cənab Prezident!
Bu müraciəti şəxsən oxuyacağınıza əmin olmasam da, yazmağı özümə borc bildim. Çünki, bu müraciətə qədər Sizin çıxışlarınızda ifadə etdiyiniz fikirlərin, Azərbaycan Respublikasının dünya birliyinə elan etdiyi dəyərlərin yanlış olmaması üçün çox çabalar etdim, Sizin media sahəsində etimad göstərdiyiniz şəxslər də əlazsız qalandan sonra düşündüm ki, ən sonda ən sonuncu ünvanı da xəbərdar etməyin zərəri olmaz.
Olayın qısa təfərrüatı belə: rəhbərlik etdiyim cumhuriyyet.net saytında 2 il bundan əvvəl Saatlı rayon Qıraqlı kəndinin 50-dən artıq sakininin imzası ilə şikayət məktubu dərc olunub. Yazıda şikayət edilən tərəf şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edib. Sumqayıt şəhər məhkəməsinin qərarı ilə iddiaçının 3(üç) min manat pul tələbi qəbul olunub. Qərardan bir ildən artıq vaxt keçdikdən sonra bu günlərdə Sumqayıt şəhər məhkəmə qərarlarının icra şöbəsi çıxarılan qərarın icrası, yəni 3 min manatın ödənilməsi ilə bağlı fəaliyyətə keçib. Bu məbləğı ödəmək imkanında olmadığımdan hüquqi prasedur əsasında əvvəl 10 gün, sonra 30 gün, daha sonra isə bir il azadlıqdan məhrum edilməliyəm. Hər şey qaydasında getsə bu prasedur yaxın günlərdə icra ediləcək. Əslində hüquqi baxımdan hər şey qaydasındadır. Amma bu müraciətim Azərbaycanda hüququn aliliyi təntənəsinə görə deyil…
Cənab Prezident!
Siz dəfələrlə müxtəlif qurumlar tərəfindən medianın dostu elan edilmisiz. Bu təyinatın səmimiliyini şübhə altına qoymadan, mən məhz Sizin “müstəqil mətbuat mənim dostum və ən yaxın köməkçimdir, mən ən doğru məlumatları onlardan alıram” fikrinizə güvənirəm. Ortada olan gerçəklik budur. Sizin seçiciniz olan 50-dən artıq vətəndaşın şikayətini dərc etmək, ictimailəşdirmək, dolayısıyla Sizə çatdırmağın “mükafatı” belə olur. Bu bəlkə də tam məlumatlı olmadığınız aparılan media siyasətinin ən çılpaq, acı simasının bir çalarıdır. Bunun ardınca “daha bir jurnalist həbs olundu”, “tənqidə görə yazar həbsə atıldı”, “diffomasiya qanunu haqda ümidlər puç oldu” və s. kimi xəbərlər, sonra isə xarici təşkilatların hesabatlarında bu müraciətin müəllifinin adı yer alacaq. Hər şey bax beləcə “asta, usta” siyasəti ilə həyata keçirilir… Beləcə dostu düşmənə çevirirlər….
Cənab Prezident!
Bu müraciət nə yalvarış, nə də xahiş üçün deyil. Sizi də əmin edirəm, hətta hüquqi prasedurun ən yüksək cəzasında istənilən ingilisə “Azərbaycana demokratiya öyrətməyin, biz Şərqin ilk demokratik respublikasını quran xalqıq” deyəcək qədər dövlət sevgisinə və Böyük Öndər Elçibəydən öyrəndiyimiz siyasi əxlaqa sahibik. Amma ölkə rəhbərinin dost dediyi bir kəsimə, media mənsublarına qarşı aparılan bu gizli siyasətin maskalı icraçılarını da unutmaq niyyətində deyilik. Bu maskalar məhz bizim əlimizlə yırtılacaq deyəsən. Hər halda hər birimizin içində zamanında qəzetlərin milyon manatlarla borcunu bağışlayan, ona qarşı ən sərt mövqedə olan medianı belə üzbəüz dinləyən mərhum prezident Heydər Əliyevin davamçısına olan ümid var. Bizim ümidimiz, Sizin dost jestiniz… Bu birlik gerçəkləşərsə, maska altında gizlənən qalmaz.
Sayğılarla: Cumhuriyyet.net saytının baş redaktoru Nəsimi Şərəfxanlı

Əvvəlki yazı

“Güneydə etiraz aksiyası başlayıb, biz də ona dəstək veririk” demək absurddur”-

Sonrakı yazı

“TURAZ Şahini – 2018” birgə təlimləri davam edir – VİDEO

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.