12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezident hökuməti niyə “7″lərə etibar etdi – mühüm səbəblər

25 Aprel 2018, 09:22
Seçmə
A A
Prezident hökuməti niyə “7″lərə etibar etdi – mühüm səbəblər

Azərbaycanda 40 yaşında nazir təyinatı ilk dəfə deyil, amma ilk dəfədir ki, yeni hökumətin tərkibində bu masştabda ciddi dəyişiklik baş verir və nazirlərin doğum tarixində “7″lər bu qədər üstünlük təşkil edir.

***

Hökumətin tərkibində baş vermiş kadr dəyişikliyini  ehtiva edən bir neçə mühüm səbəb var.

Əvvəla, bu, daxili faktorla bağlıdır. İllərdir ki, hökumət əsas etibarilə sovet dövründə təcrübə toplamış məmurlardan və YAP elitasından qurulurdu. Müstəqilliyin ilk dövrlərində mərhum prezident Heydər Əliyev əsasən özü ilə işləmiş  məmurların təcrübəsindən yararlanmağa üstünlük verdi. Azərbaycanda 1993-cü ildən sonrakı illərdə siyasi sabitlik möhkəmlənsə də, yaşlıları əvəz edə biləcək kadr potensialı qıtlığı var idi. Hakimiyyət bunları nəzərə alaraq yaşlılarla işləməyə üstünlük verir, bəzi hallarda hətta buna məcbur olurdu. Amma zaman keçdikcə kadr bazası yaradılmağa başladı ki, bunun da əsasını yenə hakim partiyanın elitası təşkil edirdi. İlham Əliyevin hakimiyyətə gəlməsinin ilk illərində də yaşlı komanda əsas etibarilə görəvdə qaldı.

Son 10 ildə isə zaman-zaman gənclərə nazirlik-komitələrdə və xüsusən Prezident Administrasiyasında “yaşıl işıq” yandırılmağa başladı. Doğrudur, indi adlarını çəkmək istəmədiyimiz bəzi gənc kadrlar hakimiyyətin etimadını doğrultmadı və siyasi sapmalara yol verdikləri üçün karyeralarına son qoyuldu.  Amma müxtəlif nazirliklərdə xaricdə oxumuş, müasir dünya ilə ayaqlaşan və yeni idarəçilik təcrübəsi keçmiş kadrlar fəaliyyətlərini  davam etdirirdilər ki, indi onların bir çoxuna prezident yüksək etimad göstərib.

İlgili resim

Prezident İlham Əliyev bir çox çıxışlarında gənclərə böyük etimad göstərdiyini dəfələrlə dilə gətirib. Seçkidən sonra Heydər Əliyev Mərkəzinin qarşısındakı bayram çıxışında da İ.Əliyev bir daha Azərbaycanın gələcəyini gənclərin müəyyən edəcəyini vurğuladı. Yəni prezidentin gənclər və xüsusən hökuməti “Asan”laşdırmaq siyasəti illərdir ki, hazırlanırdı və 2018 bu məsələdə həlledici il oldu.

Hökumətdə ciddi dəyişikliyi zəruri edən daha bir səbəb, şübhəsiz ki, iqtidarın siyasi sabitlik və iqtisadi tarazılıq yaratması ilə birbaşa bağlıdır.

Əvvəlki təlatümlü illərdə hökumətdə hər hansı bir dəyişiklik əks-effekt verə bilirdi. Təcrübədən də görünüb ki, hökumətdən uzaqlaşdırılan bəzi şəxslər əks düşərgədə yer alırdı. Müxalif düşərgə də onlara dərhal qucaq açırdı. İqtidar komandanın monolitliyini qorumaq üçün ciddi dəyişikliyə xüsusi həvəs göstərmirdi ki, bu da başadüşülən idi. İndi nə əks düşərgə, yəni müxalifət deyilən bir ciddi və güclü qüvvə qalmayıb. Üstəlik, İlham Əliyev faktoru ölkədə siyasi sabitliyin yeganə qarantıdır.

Siyasi sabitliyi möhkəmləndirən iqtisadi “yol xəritələri”nin işlək hala gəlməsi ilə iqtidar xeyli rahatlanıb. Neftin qiymətinin sabitləşməsi manatın kursuna olan təhlükəni aradan qaldırıb. Məhz yaradılmış siyasi sabitlik fonunda İ.Əliyev  xeyli yaşlaşmış, üstəlik, yeni dünyada dəyişən idarəçilik modelini icra etməyə imkanı olmayanları yola salmağa qərar verdi. Prezident Administrasiyası rəhbərinin yuxarıda xatırlatdığımız məqaləsindəki sitatı xatırlatmaq  yerinə düşür. Sitata diqqət edək: “Öz fəaliyyətini siyasi müstəvidəki konyuktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik”.

prezident aparatı ile ilgili görsel sonucu

Hökumətdə dəyişikliyi zəruri edən əsas səbəblərdən biri də, PA rəhbərinin dediyi kimi, zaman itkisinə yol verməməkdir. İlham Əliyevin 7 illik prezidentlik müddətində qarşıya qoyduğu əsas məqsədlərdən biri,  əlbəttə ki, çevik hökumətlə Azərbaycanın qeyri-neft sektorunun inkişafına nail olmaq, əhalinin sosial təminatı və ölkənin xaricdə nüfuzunun daha da artırılmasıdır. Təsadüfi deyil ki, hökumətdə məhz bu üç istiqaməti kurasiya edəcək nazir və komitə sədri dəyişdirilib.

Kənd təsərrüfatı naziri təyin edilən İnam Kərimovun “ASAN xidmət” rəhbəri olduğu müddətdə fəaliyyəti bəyənilirdi. Şəffaflıq prinsipi ilə formalaşdırılan “ASAN xidmət” modelinin, nə qədər qəribə səslənsə də, kənd təsərrüfatında tətbiqi gözlənilir. Kənd təsərrüfatı qeyri-neft sektorunda əsas prioritetdir ki, sabiq nazir Heydər Əsədov bunun öhdəsindən gələ bilmədi. Bu sahədə monopoliya və rüşvətxorluq yığışdırılmadı. Yeni nazir isə kollektiv qarşısında ilk çıxışında əsas  3 fəaliyyət prinsiplərini açıqlayıb: düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq (şəffaflıq, səmərəlilik, hesabatlılıq), innovasiyaların tətbiqi. Aydındır ki, bu, sadəcə, gəlişigözəl sözlər deyil, prezidentin yeni nazir qarşısında qoyduğu tələbdir. Gözlənilir ki, ümumiyyətlə, yaxın illərdə hökumət tam “ASAN xidmət” modelinə keçsin. Bunun üçün həm gəncləşmiş komanda və siyasi iradə var.

Nəhayət, yeni hökumətin tərkibi, əlbəttə ki, Qərbdə də ciddi maraq doğuracaq. Sirr deyil ki, Qərbdən zaman-zaman prezidentin komandasının yaşlandığına işarələr edilirdi. Xaricdən gələn bu cür iradlara İ.Əliyevin mövqeyi bəlli olsa da, hökumətin tərkibindəki bu cür ciddi dəyişiklik Qərb dövlətlərinin diqqətindən yayına bilməz. Çünki hökumət bir vitrindir və bunu xaricdən gizlətmək mümkün deyil.

Prezident həm də bu vitrini dəyişdi…

Əvvəlki yazı

Leyla Əliyeva və Emin Ağalarov yenidən bir arada – FOTOLAR

Sonrakı yazı

Ermənistanın müvəqqəti baş naziri prezidenti növbədənkənar seçkiləri müzakirə etməyə çağırıb

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.