Bu gün sabiq dövlət başçısı Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.
Reportyor.info xəbər verir ki, prezident İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
Prezident Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra dövlət başçısı və ailə üzvləri Heydər Əliyevin həyat yoldaşı, oftalmoloq alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.