09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PREZİDENT “DÖYÜŞ KOMANDASI”NI SƏDAQƏTLİ PEŞƏKARLARDAN FORMALAŞDIRIR –Əliyev yenə gözlənilənləri gözlənilməzə çevirdi – TƏHLİL

21 İyun 2019, 17:34
Manşet
A A
PREZİDENT “DÖYÜŞ KOMANDASI”NI SƏDAQƏTLİ PEŞƏKARLARDAN FORMALAŞDIRIR –Əliyev yenə gözlənilənləri gözlənilməzə çevirdi – TƏHLİL

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamları son dərəcə ciddi bir sıra məsələlərə nöqtə qoydu. Bu məsələlərin bir çoxu taleyüklü idi və illərdir müzakirə olunur, yekun qərarın necə olacağı dərin maraqla gözlənilirdi. Demək olar ki, dəyişikliklərə dair gözləntilərin əksəriyyəti də özünü doğrultdu. Söhbət hansı gözləntilərdən gedir?

Məsələ ondadır ki, Prezidentin 20 iyun tarixli 4 təyinat sərəncamından yalnız biri – Mədət Quliyevin Müdafiə Sənayesi naziri təyin olunması gözlənilməz oldu. Digər sərəncamlar təəccüb doğurmadı – polisə nəzarət uğrunda mübarizə, gözlənildiyi kimi, bitdi; xüsusi xidmətin başına, gözlənildiyi kimi, peşəkar gətirildi; ölkədə sabitliyin təmin olunmasında və paralel olaraq hakimiyyətin möhkəmlənməsində böyük əməyi olmuş general Usubova da, gözlənildiyi kimi, yüksək vəzifə verildi.

Polisdə eksperimentə gedilmədi…

 

Vilayət Eyvazovun DİN başçısı postuna ən real namizəd olduğuna illərdir ki, ictimai rəydə şübhə qalmamışdı. Bu baxımdan onunla müqayisə oluna biləcək ikinci şəxsi heç üfüqdə də görünmürdü. Son vaxtlar bəzi digər şəxslərin də adı hallandırılırdı, lakin onların heç biri şəxsi bacarıqlarına və yüksək idarəetmə qabiliyyətlərinə görə cənab Eyvazova rəqib kimi göstərilmirdi. Bəzi başqa kriteriyalarda onlar V.Eyvazovdan öndə olduqlarına görə şanslı imişlər kimi təqdim olunurdular.

Lakin soyuq başla düşünmək qabiliyyəti olanlar əminiydilər ki, DİN eksperiment meydanı olmayacaq – polis dövlətin bel sütunudur, polis sabitliyin əsas qarantıdır, nəhayət, polis hakimiyyətin ən etibarlı zirehidir. Belə də oldu – sabitliyi, cəmiyyəti və hakimiyyəti qorumaq vəzifəsi yenidən illərin sınağından çıxmış təcrübəli, etibarlı və enerjili insanlara həvalə olundu.

Usubovun vəzifəsindən azad olunacağı gözlənilən idi, amma…

 

25 ildən artıq polisin sükanı arxasında olmuş Ramil Usubovla bağlı gözləntilər də özünü doğrultdu – az qala yüzdə yüz. Cənab Usubovun vəzifəsindən azad olunacağı və Prezident Administrasiyasına keçiriləcəyi ehtimalı xüsusən də vitse-prezident institutunun yaradılmasından (2017-ci ilin əvvəli) sonra daha da aktuallaşmışdı. Bu vaxtadək R.Usubovu Prezident Administrasiyasının rəhbəri postuna potensial namizədlərdən biri kimi göstərirdilər. Lakin vitse-prezident institutu yaradıldıqdan sonra illərdir təkcə yaxşı əməliyyatçı yox, həm də ağıllı siyasətçi bacarıqları ilə diqqəti çəkmiş Usubovu vitse-prezident postuna da layiq görməyə başladılar. Amma nə qədər qeyri-populyar post olmasına baxmayaraq, bu müzakirələrdə bəzən Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin oluna biləcəyi versiyası da dilə gətirilirdi. Bu ehtimal da Prezidentin dünənki sərəncamı ilə reallığa çevrilmiş oldu.

İndi açıq qalan yeganə sual budur: Prezidentin sərəncamı ilə bugündən Ramiz Mehdiyevin bir vəzifəsinin icrasına başlayacaq (İndiyədək Təhlükəsizlik Şurasının katibi vəzifəsini Prezident Administrasiyasının rəhbəri icra edib-red.) olan R.Usubov, bununla həm də Administrasiya rəhbəri postuna ən real namizədə çevrildimi? Deyilənlərə inansaq, akademik Ramiz Mehdiyevin də bu posta yeganə namizədi məhz Usubovdur…

Nağıyevin möhtəşəm dönüşü…

 

İstər 2015-ci ilin oktyabrında Eldar Mahmudov qəfildən vəzifəsindən azad olunanda, istərsə də sonrakı illərdə DTX-da hər hansı dəyişikliyin ola biləcəyi haqda ehtimallar ortaya çıxanda, əksəriyyətin dilindən çıxan ilk ad məhz Əli Nağıyev olardı. Bu da təsadüfi deyildi – Əli Nağıyevin yüksək peşəkarlığı hamı tərəfindən, hətta onun düşmənləri tərəfindən də hər zaman etiraf olunub. Ə.Nağıyev onun ən güclü vaxtlarında Eldar Mahmudovla üz-üzə gəlməkdən çəkinməmiş, vəzifəsindən uzaqlaşdırılmasına və əlində ciddi resursu qalmamasına baxmayaraq, bu mübarizədən qalib çıxmış əsl çekist idi. Layiq olduğu yerə qayıtmaq onun haqqı idi və O, düşmənlərinin bütün həmlələrini ustalıqla dəf edə-edə bu günü səbr və təmkinlə gözləyirdi. 

Prezidentin Əli Nağıyevlə bağlı çoxdandır gözlənilən sərəncamı bir məsələyə də aydınlıq gətirmiş oldu. Məlum oldu ki, 2 aydan artıqdır müəyyən dairələrin korrupsioner bir bələdiyyə sədrinin dilindən cənab Nağıyevə qarşı apardıqları böhtan kampaniyası təsadüfi olmayıb. İstisna deyil ki, bu və digər təxribatlar Prezidentin məlum sərəncamının qarşısını almağa xidmət edib…

 

Prezidentin “stavkası”…

 

Nəhayət, Prezident Əliyevin dünənki sərəncamları hakimiyyətdaxili qruplaşmalar arasında balans siyasətinin də davam edəcəyindən xəbər verdi. Cənab Əliyev köhnə, lakin təcrübəli və etibarlı komandaya “stavka”nı davam etdirir.

 

Elnur MƏHƏRRƏMLİ

“AzPolitika.info”

Əvvəlki yazı

RAMİL USUBOV ŞƏXSİ HEYƏTƏ MÜRACİƏT ETDİ:”Vilayət Eyvazovun nazir təyin edilməsi məni xüsusilə sevindirdi”

Sonrakı yazı

“Vilayət Eyvazov Ramil Usubovun iş üslubuna,bələd olan bir insandır”

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.