07-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentə çatan məktublarda Ağsu başçısını bitirən faktlar – Bir klanın sonu…

10 Mart 2019, 23:26
Seçmə, Banner
A A
Prezidentə çatan məktublarda Ağsu başçısını bitirən faktlar – Bir klanın sonu…

 

Prezident Ağsuda vətəndaşların şikayət məktublarını özü bir-bir onlardan aldı, nəzarətə götürdü, həllinə vəd verdi. Bu, əslində, Ağsuda illərlə yığılıb qalaqlanmış problemlərin bir hissəsiydi.

Rayonu çapıb-talayan məmur ordusu vəziyyəti o həddə gətirib çıxarmışdı ki, insanların son güman yeri dövlətin başçısı idi. Elə də oldu.

Çünki rayonun başçısı Ənvər Seyidəliyev, bacısı oğlu olan sabiq nazir Səlim Müslümov və yaxınları Ağsunu on ildən yuxarıdır ki, tar-mar etməkdədir.

Reportyor.info yazır ki, əhalini bu vəziyyətə gətirib çıxaran hansı səbəblərdən başlasan azdır: Ağsu DSMF işçisi Altay Sarıyevin rüşvət istəməsindən, 6 azyaşlı uşağı olan Cəsarət Qarayevin sosial yardım ala bilməməsindən,3-cü qrup əlil OrxanKərimovun başçı müavini İqbal Mikayılovun qəbuluna gedib, özünə və xəstə anasına yardım etməməsindən, yoxsa tövləsi yanan, təsərrüfatı tələf olan çarəsiz -şəhid bacısının müraciətinə laqeyd yanaşılmasından danışaq – bunlar Ağsuda icra başçısının yarıtmaz idarəçiliyinin doğurduğu nəticələrin bir qismidirlər.

 

Ə.Seyidəliyev – S.Müslümov tandemi, dayı-bacıoğlu qruplaşmasının fəaliyyəti yalnız özlərinə xidmət edib. Onlar qohum-əqrəbalarını vəzifələrə yerləşdiriblər, həmin məmurlar isə Ağsunun camaatının şikayətlərinə baxmayıblar, rayon “barıt çəlləyi”nə çevrilib.

Bu sosial zülmün mənzərəsi idi ki, sakinlər əldə məktubları prezidentə çatdırdılar. Belə demək mümkünsə, o məktublar Ağsu icra başçısının qələminin qırılmasına verilmiş fərman ola bilər.

Çətin ki prezident ayağında 2 milyard yeyinti olduğu iddia edilən rüşvətxorluğa son qoymayan keçmiş nazir S.Müslümovun dayısı Ə.Seyidəliyevi vəzifədə saxlasın.

Təsadüfi deyil ki, bu gün təkcə Ağsuda S.Müslümovun doğulduğu kənddə elə bir adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda zarafata salıb deyirlər ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb.

Ağsuda Səlim Müslümovun 60 hektar, Ənvər Seyidəliyevin isə 20 hektar sarımsaq sahəsi də var. Pisi budur ki, onlar bu sahələrdə rayon camaatını qəpik-quruşa işlədirlər. İndisə iş elə gətirib ki, onların da  zəhmət haqqını vermirlər.

Səlim Müslüovun digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın rayon filialının müdiridir. Xalası oğlu, Fətulla Seyidəliyevin kürəkəni Eldost Mehdizadə “Kapitalbank”ın rayon filialında kredit şöbəsinin müdiridir.

Səlim Müslümovun digər dayısı, icra başçısının qardaşı Mirfazil Seyidəliyev pensiyaçı olsa da, rayon pambıq qəbulu məntəqəsində müdirdir.

Səlim Müslümovun dayısının arvadı Şəhrəbanu Məlikova Ağsu Mərkəzi Xəstəxanasının baş həkimidir. Siyahı çox uzundur, biz ümumi motivi çatdırdıq.

Ki, Ağsu əhlinə zülm edən bir klan rayonda heç bir abadlıq-quruculuq həyata keçirməyib, kəndlilərin torpaqlarını əlindən alıb, sahibkarlara “divan tutub”.

Belə bir idarəçilik axıra qədər həyatda qala bilməzdi. Prezidentə çatan məktublar Ə.Seyidəliyevin sonunu tam yaxınlaşdırdı. İndi nazir qohumu da yoxdur və ölkə başçısı Şamaxının ardınca bu bölgəyə də yeni, gənc idarəçi təyin edəcək.

Reportyor.info xəbər verir ki, rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə icra başçısını digər bacısı oğlu, nazir Səlim Müslümovun qardaşıdır.

Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərovun nəzarətinə verilib. İcra başçısının Teymur Seyidəliyev adlı qardaşı isə qeyri-rəsmi ödənişlərin toplanmasına nəzarət edir.

Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi, Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyə adından satılıb, əldə edilən maliyyə vəsaitləri mənimsənilib. Girdiman çayında S. Müslümovun drabilkası və daş karxanası var. Ümumiyyətlə, Girdiman çayı özəlləşdirilib. Ənvər Seyidəliyevin açdığı daş karxanası və tamet pilitə sexləri var.

Bu rayonu özəl obyekti kimi istifadə etməkdə davam edir. Təzə tikilən xəstəxana üçün ayrılmış məbləğin müəyyən hissəsi Ənvər Seyidəliyev tərəfindən mənimsənilib.

Belə çirkli pullar hesabına, Bakıda – Badamdarda və Mərdəkanda hər birinin dəyəri 4-5 milyon olan 2 villası var.

Ənvər Seyidəliyev rayonun iqtisadi inkişafına, su-kanalizasiya tikintisinə ayrılmış dövlətin 51 milyon manatı hara xərclədiyi hələ də məlum deyil.

Əldə etdiyimiz xəbərlərə görə, prezidentlə görüşdə məktub verən Ağsu sakinlərinin nədən şikayət etdikləri ciddi şəkildə araşdırılır. Həmin faktlar icra başçısının qanunsuz əməllərini ortaya çıxara bilər.

Yeri gəlmişkən, bu günlərdə 7gun.az yazmışdı ki, Eldar Mahmudov vaxtılə yüksək vəzifə səlahiyyətlərindən istifadə edərək Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyevin və qohumu Xəzər Müslümovun cinayət məsuliyyətinə cəlb edilməmələri üçün göstəriş vermişdir.

Bəzi məlumatlara görə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Xəzər Müslümovdan külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edərək götürmüşlər.

Ənvər Seyidəliyev onun cinayət məsuliyyətindən yayındırılması üçün Eldar Mahmudovla görüşmüşdür. Xəzər Müslümov İsmayıllı rayon Maliyyə İdarəsinin rəisi Nadim Müslümovun oğlu və Səlim Müslümovun qardaşı oğludur. Bütün bu dosye, faktlar, iddialarla bağlı Ağsu RİH-nin mövqeyini dərc edə bilərik.

REPORTYOR.info

Gülay

 

Əvvəlki yazı

İŞ ADAMININ ADI DAHA BİR CİNAYƏTDƏ HALLANIR – Oğlu şəhid qızını öldürdü, neçə nəfəri həbsə yolladı…

Sonrakı yazı

Qubad İbadoğlundan növbəti bahalaşma anonsu:”Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq” + CƏDVƏL

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.