08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Praqa görüşündə sülhə yaxınlaşdıqmı? – ŞƏRH

07 Oktyabr 2022, 13:55
Siyasət, Manşet
A A
Praqa görüşündə sülhə yaxınlaşdıqmı? – ŞƏRH

“Dünən Avropa Siyasi Birliyi Praqada keçirilən toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan gün ərzində iki dəfə ortaq görüş keçiriblər.
İkinci görüşün 5 saat çəkməsi onu göstərir ki, müzakirələr gərgin keçib və ortaq razılaşmaların əldə olunması asan başa gəlməyib”.
Praqa görüşünü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Praqada qəbul olunan ortaq bəyanat gərginliyə son qoyacaqmı?

Bəyanata görə, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıyıblar.

Elxan Şahinoğlu deyib ki, bu, 30 ildən sonra İrəvanın “Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum” tələbindən imtina etməsi deməkdir.

“Bəyanata “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır” ifadəsində 1991-ci ilə istinad Ermənistanın baş naziri Nikol Paşinyanın istəyi əsasında salınıb. Ancaq önəmli olan cümlənin birinci hissəsində BMT Nizamnaməsinin əsas götürülməsidir. BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata bəyannaməsi sərhədin delimitasiyası üçün əsas olacaq. Delimitasiya üzrə komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək”.
Siyasi şərhçinin sözlərinə görə, Praqadakı ortaq bəyanatın vacib bəndi Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqının mülki missiya göndərəcəyidir.

“Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron istəyirdilər ki, bu komissiya hər iki tərəfdə fəaliyyət göstərsin. Prezident İlham Əliyev buna razılıq verməyib, Azərbaycan sadəcə bu komissiya ilə əməkdaşlığa razılıq verib. Bəyanatdakı “Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək” cümləsinin mənası odur ki, rəsmi Bakı missiya ilə əməkdaşlıq etsə də, avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya da bilər. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Missiyanın tərkibinin necə formalaşması Azərbaycan üçün əhəmiyyətlidir. Missiya üzvləri tərəfsiz olmalıdırlar, bir ölkənin dominantlığına imkan vermək olmaz”.
Ekspert bildirib ki, Ermənistan və Fransa bəyanata Minsk qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı cümlə saldıra bilməyib.

“Rusiyadan sonra Fransa da Minsk qrupunun fəaliyyətinə ehtiyac olmadığını etiraf edib. Bunun əvəzinə İlham Əliyev deyib ki, rəsmi Bakı Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırır. İlham Əliyev görüşdən sonra mətbuata verdiyi açıqlamada onu da deyib ki, Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamalıdırlar, əks halda ölkəni tərk etməli olacaqlar. Təmaslarda Qarabağın erməni əhalisini kimlər təmsil edəcək? Əlisilahlı separatçılarla təmaslara getmək olmaz, bu onların tanınması anlamına gələr, danışıqlarda erməniləri təmsil edən nümayəndələr mülki əhali arasından seçilməlidir”, – R.Şahinoğlu əlavə edib.


Ekspert deyib ki, Praqada dördlü format çərçivəsində görüşün nəticələrini müsbət qiymətləndirmək olar.

“Birincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İrəvan bu siyasətinə sadiq qalarsa,  Ermənistanın Qərbi Zəngəzurla bağlı qorxusuna əsas qalmayacaq.

İkincisi, iki ölkə arasında sərhədin müəyyənləşməsi istiqamətində danışıqların intensivləşməsi perspektivi yaranıb.

Üçüncüsü, Praqadakı razılaşmaların yerinə yetirilməsi halında ilin sonuna qədər iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı artacaq.
Bütün bunlar o demək deyil ki, iki ölkə arasında gərginlik azalacaq. Bu kimi görüşlərdən sonra təmas xəttində təxribarlar da baş verir, Azərbaycan ərazisi atəşə tutulur və Azərbaycan ordusu əks-həmlələr həyata keçirmək məcburiyyətində qalır.

Digər tərəfdən, Praqadakı razılaşmalar, o cümlədən Brüssellə yanaşı, Parisin də vasitəçiliyinin gücləndirilməsi Kremlin xoşuna gəlməyəcək. Rusiya ümumi prosesi pozmaq üçün müxtəlif “planlarını” hərəkətə gətirə bilər. Ancaq Rusiya danışıqlar prosesindən kənarlaşdırılmır. Avropa İttifaqı və Fransa Azərbaycanla sülh sazişinin mətni və sərhədin müəyyənləşməsi məsələsində vasitəçilik edirlər, Rusiya isə Zəngəzur dəhlizinin mexanizminin müəyyənləşməsində əsas vasitəçidir”.

Analitik xatırladıb ki, İlham Əliyev Praqada Avropa siyasi birliyi toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini də qeyd edib.

“Dövlət başçısı deyib ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesajdır ki, siyasətinizi və baxışlarınızı dəyişəcəyiniz halda regonal əməkdaşlıqdan faydalanacaqsınız. İlham Əliyev Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirib. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir”.

Əvvəlki yazı

İlham Əliyev Rusiyaya işgüzar səfər edib

Sonrakı yazı

Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilər keçirilib

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.