Polşa səlahiyyətliləri artıq onlarla ərzaq məhsulunun tranzitinə icazə verildiyini, lakin məhsulların ölkə bazarında satıla bilməyəcəyini açıqladı. Ötən həftə Polşanın mövqeyini Macarıstan, Slovakiya və Bolqarıstan izlədi. Digər üç ölkənin də Polşa kimi bir yolla gedəcəyi bilinməsə də, Aİ Komissiyasının kənd təsərrüfatı və ticarət üzrə sözçüsü Miriam Qarsia Ferrer ticarət siyasətinin Aİ-nin xüsusi səlahiyyəti altında olduğunu, buna görə də birtərəfli hərəkətlərin mümkün olmadığını bildirib. qəbul etmişdi.