12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Polkovnik: “Dəmir Yumruqla əzməsi prosesi demək olar ki, yekunlaşıb”

04 Avqust 2022, 13:54
Gündəm
A A
Polkovnik: “Dəmir Yumruqla əzməsi prosesi demək olar ki, yekunlaşıb”

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovun APA-ya müsahibəsi

– Müdafiə Nazirliyinin dünən keçirdiyi “Qisas” əməliyyatını necə dəyərləndirirsiniz?

– Azərbaycan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə təxribat törədənlərə qarşı əməliyyatlara başladı. Qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olması Azərbaycan Ordusuna “Qisas” əməliyyatına, antiterror əməliyyatlarına başlamağa məcbur etdi. Bundan əvvəl dəfələrlə atəşkəs pozulurdu və son zamanlar atəşkəsin pozulması intensivləşmişdi. Bu, təxminən 2020-ci il 27 sentyabra qədər olan dövrü xatırladırdı. Biz xəbərdarlıqlar etsək də, düşmən buna məhəl qoymurdu. Düşünürəm ki, qanunsuz erməni silahlı dəstələrinin həyata keçirdiyi təxribatlara cavab olaraq məhz Azərbaycan Ordusunun “Qisas” əməliyyatını keçirməsi, bizim şəhid əsgərimizin qisasının alınması düşmənə bir daha dərs olmalıdır. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan Ordusunun düşmənin başını Dəmir Yumruqla əzməsi prosesi demək olar ki, yekunlaşıb. Azərbaycan Ordusunun bölmələri alınan tapşırığı çox məharətlə yerinə yetiriblər, düşmənə sarsıdıcı zərbə endiriblər, böyük bir ərazini nəzarət altına alaraq həmin ərazilərə nəzarəti genişləndiriblər. Bu əməliyyat bir daha Azərbaycan Ordusunun peşəkarlığını, əzmini və Azərbaycan Ordusunun bundan sonra da belə təxribatları cavabsız qoymayacağını, təxribat törədən şəxslərə, düşmənə adekvat cavab verərək, qat-qat çox təsirli itkilərə məruz qoyacağından xəbər verir.

– Dünən sosial şəbəkələrdə əməliyyat barədə məlumatların gec verilməsi haqda narazılıqlar var idi. Sizcə, belə əməliyyatlar barədə əvvəlcədən məlumatların yayılması nə dərəcədə doğru olar?

– Əlbəttə, belə hallarda çoxları məlumat axtarışında olur. Ancaq əməliyyat aparan tərəf heç vaxt dərhal məlumatı yaymır. Bu, normal haldır. Çünki müəyyən gizlilik olmalıdır. Əməliyyat müəyyən mənada nəticələnəndən, hansısa nailiyyətlər əldə edəndən sonra məlumat yayıla bilər. Ona görə də düşünürəm ki, belə zamanlarda çox diqqətli olmaq lazımdır. Biz bunu Vətən müharibəsində də gördük. Artıq nəinki əməliyyatlar, informasiya müharibəsində də aktivlik çoxalıb. Bu da sosial şəbəkələrə, ümumiyyətlə, informasiya sahəsinə çoxlu feyklərin gəlməsi ilə müşahidə edilir. Köhnə videolar, köhnə fotoşəkillər yeni kimi təqdim edilir. Buna görə də informasiyanı yayan zaman çox diqqətli olmaq lazımdır. Hətta Azərbaycandan kənar olan döyüşlərdən bəzi məlumatlar da sızılır. Bu da müəyyən qarışıqlığa səbəb olur və cəmiyyəti çaşdırır. Bu barədə biz dəfələrlə demişik ki, hərblə, hərbi əməliyyatlarla bağlı məhz Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumatdan başqasına etibar etmək olmaz. Bəzi məlumatları çatdırmaq olmaz. Bu da gedən əməliyyatlarla bağlıdır. Digər məlumatlara diqqətlə yanaşmaq lazımdır. Çünki MN-in mətbuat xidməti var, lazım olan formada, lazım olan həcmdə məhz peşəkarlıq tələblərinə cavab verən səviyyədə mütəmadi olaraq cəmiyyətə bu informasiya çatdırılır. Onlar çox aktiv və çevik işləyir. Vətən müharibəsi zamanı da bu cür hallar var idi, çoxlu doğru olmayan məlumatlar yayılırdı. Bəzi məlumatları erməni tərəfi də daxildə olan xaotik vəziyyətdən irəli gələrək yayır. Amma Ermənistan Müdafiə nazirliyinin mətbuat xidməti də sadəcə, vəziyyətin gərgin olması ilə bağlı məlumatı yaymaqla kifayətlənib. Ancaq istər erməni saytlarında, istərsə də sosial şəbəkələrdə müəyyən boşluqdan istifadə edərək bəzi materialları yerləşdirirlər. Çox vaxt bizim soyadlarımız olan profillərlə həmin materialları yayırlar. Bu isə düzgün olmayan məlumatların məhz Azərbaycan sosial şəbəkə seqmentində də yayılmasına səbəb olur. Ona görə də diqqətli olmaq lazımdır və MN-in yaydığı məlumatlardan qeyri məlumatlar yaxşı olar ki, yayılmasın. Çünki onların mənbəyi bilinmir.

– Dünən şəhid olan əsgərimizlə bağlı da sosial şəbəkə istifadəçiləri öz narazılığını ifadə edirdi. 4 ayın əsgərinin təhlükəli bölgəyə göndərilməsinin doğru olmaması barədə fikirlər səsləndirilirdi. Əslində bu, necə olmalıdır? 4 ayın əsgəri gənc əsgər sayılırmı?

– Təəssüflər olsun ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Ancaq sosial şəbəkələrdə bəzi fikirləri hər kəs öz bildiyi kimi təqdim etməyə cəhd göstərir. 4 ayın əsgəri artıq gənc əsgər deyil. Bizdə gənc əsgər kursu 3 ay davam edir. Orada əsgər müəyyən döyüş hazırlığı proqramına uyğun olaraq ilkin kursu keçir, ondan sonra andiçmə mərasimi baş tutur. Andiçmə mərasiminə qədər əsgərlər ixtisaslara bölünərək, həmin ixtisaslar üzrə xüsusi proqram üzrə kurs keçirlər. Kurs bitəndən sonra onlar gənc əsgərdən öz sahəsi üzrə peşəkar əsgərlər sırasına keçirlər. Çünki 3 aydan sonra əsgərlər öz sahəsi üzrə bütün bilgilərə yiyələnirlər. Orada da müəyyən təlimlər keçirlər. Yekun mərhələdə əsgərlərin bilgisi yoxlanılır. Digər tərəfdən, həmin əsgərin təhlükəli bölgəyə göndərildiyini iddia edənlər var idi. Amma bizdə artıq təhlükəli bölgə yoxdur, təmas xətti yoxdur, cəbhə bölgəsi ifadəsi yoxdur. Bizim əsgərlərimiz ya Ermənistanla dövlət sərhədində xidmət edirlər, ya da Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin ətrafında. Peşəkar zabit kimi “təhlükəli bölgə” ifadəsi ilə də razılaşmıram. Çünki bizim hərbi hissələr ya dövlət sərhədindədir, ya da ki, Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə. Orada mühit tam başqadır. Sadəcə, erməni tərəfinin, qanunsuz erməni silahlı dəstələrinin, silahlı qüvvələrinin törətdiyi təxribatlar tam başqa istiqamətdə də ola bilərdi. Dəfələrlə bizim peşəkar sərhədçilərimizin İran sərhədində olan proseslərdə fəaliyyəti barədə məlumatları da görürük. Əli silahlı şəxs ona görə əli silahlıdır ki, o silahdan istifadə edə bilsin.

– Dünəndən sosial şəbəkələrdə əsir götürülmə videoları da yayılır. Həm azərbaycanlıların, həm də ermənilərin əsir götürüldüyü tirajlanır. Bu videolar yenidirmi?

– Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu cür məlumat yoxdur. Düşünürəm ki, yerlərdə vəziyyətlə bağlı ən çox məlumat məhz Müdafiə Nazirliyininin mətbuat xidmətindədir. Çünki qarşıya qoyulan “Qisas” əməliyyatı ilə bağlı tapşırığı Müdafiə Nazirliyinin hərbi hissələri yerinə yetirir. Orada olan məlumatlar da Müdafiə Nazirliyində toplanır. Sadəcə, bizim mətbuat xidmətimizdə çalışan peşəkarlar toplanan məlumatları hansı formada yaymaq lazımdırsa, o formada da yayırlar. Ona görə də sosial şəbəkədə yayılan videolara etibar etmək olmaz.

Əvvəlki yazı

“Yavaş-yavaş Xankəndiyə yaxınlaşırıq” – Deputat

Sonrakı yazı

Ermənilər yenə 5 rayonumuzu atəşə tutdu

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.